Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:45

ABŞ Şimali Koreyaya gizli yük daşıyan gəmiləri izləmək üçün koalisiya yaradır


ABŞ gəmisi
ABŞ gəmisi

ABŞ Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları pozan ölkələrə təzyiq göstərmək üçün sentyabrın 17-də BMT təhlükəsizlik şurasının iclasını çağırıb.

Bu barədə Associated-Press və DPA agentlikləri məlumat yayıb.

Bəyanatda hansısa ölkənin adı vurğulanmır, amma ABŞ-ın elçisi Nikki Haley sentyabrın 13-də Rusiyanı bu sanksiyaları pozmaqda günahlandırıb.

“The Wall Street Journalın ABŞ hərbçilərinin bəyanatına istinadla yazdığına görə isə ABŞ və onun müttəfiqləri, beynəlxalq sanksiyaları pozaraq Şimali Koreyaya yanacaq və neft məhsulları daşıyan gəmiləri izləmək üçün koalisiya yaradırlar.

Məlumatda deyilir ki, bununla bağlı yaradılacaq koordinasiya mərkəzinə 8 müttəfiq ölkədən 50-dən çox nümayəndə daxil olacaq.

Bu ölkələr ABŞ, Kanada,Böyük Britaniya, Avstraliya,Yeni Zelandiya,Fransa,Yaponiya və Cənubi Koreyadır.

Bu ölkələr sanksiyaları pozan gəmiləri tutmaq üçün hərbi gəmilər və kəşfiyyat təyyarələri verəcəklər.

Qeyd edək ki, BMT nüvə və raget sınaqları keçirdiyinə görə Şimali Koreyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG