Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:34

ABŞ rəsmisi: Rusiya 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməyə çalışacaq


ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri Christopher Wray xəbərdarlıq edib ki, Rusiya ABŞ-da keçiriləcək seçkilərə müdaxilə cəhdini davam etdirir.

Way qeyd edib ki, “bu zərərli xarici təsir” ABŞ üçün “xeyli əks-kəşfiyyatı təhlükəsi” yaradır.

O, aprelin 26-da Vaşinqtonda beynəlxalq münasibətlər şurasında çıxış edərkən deyib ki, prezident Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın keçirdiyi əməliyyatlar güman ki, 2020-ci il prezident seçkisi kampaniyaları zamanı aktivləşəcək.

“Etiraf edirik ki, bizim rəqiblərimiz öz oyunlarını uyğunlaşdırmaq-yaxşılaşdırmaqda davam edəcəklər. Doğurdan da hesab edirəm ki, Rusiya çox ciddi əks-kəşfiyyat təhlükəsi yaradır, sözsüz ki, kiber-sahədə”, Wray dbildirib.

Christopher Wray qeyd edib ki, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələr ABŞ-a “xarici təsir” göstərməyə cəhd ediblər. O, bildirib ki, bu ölkələr “Rusiyanın 2016-cı il və ondan bu yana eləmək istədiklərini müşahidə edib və diqqətdə saxlayıblar”.

Wray deyib ki, Federal Təhqiqt Bürosu, Daxili Təhlükəsizlik Nazirliyi və Xüsusi Xidmət 2018-ci ildə ABŞ-da keçirilən aralıq seçkiləri zamanı səylərini koordinasiya etmək üçün xüsusi qüvvələr yaratmalı oldular.

XS
SM
MD
LG