Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:19

ABŞ qadağan edilmiş Rusiya raketlərini vurmaqla hədələyir


 Kay Bailey Hutchison. ABŞ-ın NATO-dakı elçisi
Kay Bailey Hutchison. ABŞ-ın NATO-dakı elçisi

“ABŞ orta və yaxın mənzilli raketlərin qadağan edilməsilə bağlı müqaviləni pozan Rusiya raketlərini məhv edə bilər”.

Reuters və AP agentliklərinin məlumatına görə, bunu oktyabrın 2-də Brüsseldə jurnalistlərə ABŞ-ın NATO-dakı elçisi Kay Bailey Hutchison deyib.

O,Rusiyanı qadağan edilmiş raket silahları üzrəində işləməməyə çağırıb.

Diplomat xəbərdarlıq edib ki, əks halda ABŞ hərbçiləri Rusiyanın raket sistemlərini hələ işə düşməzdən əvvəl sıradan çıxarmağa çalışacaqlar.

“Biz istənilən müttəfiq ölkəyə təhlükə yaradan raketin sıradan çıxarılmasının mümkünlüyünə baxırıq” Hutchinson deyib.

1987-ci ildə ABŞ-la keçmiş SSSR-I arasında imzalanmış razılaşma, 500 kilometrdən çox məsafəni vura bilən raketlərin istehsalını və onlardan istifadəni qadağan edir.

ABŞ hesab edir ki, bu cür sistemlər, Rusiyaya Avropa və ya Alyaskaya qəfil zərbə endirmək imkanı verə bilər.

ABŞ son vaxtlar Rusiyanı 1987-ci il müqaviləsini pozmaqda, xüsusilə qadağan edilmiş raket sistemi yaratmaqda günahlandırır.

Rusiya ittihamı rədd edir.

XS
SM
MD
LG