Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:26

ABŞ Ukraynaya 2.6 milyard dollarlıq yardımın detallarını açdı


NASAMS sistemi
NASAMS sistemi

Birləşmiş Ştatlar Rusiya qüvvələrinə qarşı müharibədə Ukraynanın müdafiəsi üçün Kiyevə yeni - 2.6 milyard dollarlıq hərbi yardım paketinin detalları barədə məlumatı açıqlayıb.

Xəbər verilir ki, paketə Pentaqonun cəbbəxanasından verilən müxtəlif növ sursatlar daxildir.

Bunların döyüş meydanına çevik şəkildə çatdırılması nəzərdə tutulub.

Qeyd olunur ki, yardımın 500 milyon dolları ABŞ-ın anbarlarından veriləcək, yerdə qalan 2.1 milyard dollarlıq silah isə Ukrayna Təhlükəsizlik Dəstəyi Təşəbbüsü (USAI) adlı xüsusi fonddan maliyyələşdiriləcək.

Bu fonddan pullar birbaşa ABŞ müdafiə sənayesinə köçürülür.

Baxmut uğrunda gedən döyüşdə gündə yüzədək Ukrayna əsgəri yaralanır
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

35-ci paket

ABŞ Müdafiə Nazirliyinin anbarlarından bu sayca 35-ci paket Bayden administrasiyası tərəfindən hələ 2021-ci ilin avqustunda təsdiq olunub.

Söhbət yüksək mobilliyə malik HIMARS zenit-raket sistemlərindən və Patriot hava hücumundan müdafiə raket sistemlərindən gedir.

Bu paketə habelə artilleriya mərmiləri, antizireh sistemləri, kiçik çaplı silahlar, ağır nəqliyyat maşınları və təmir-xidmət dəstəyi sistemləri daxildir.

Bu da qeyd olunur ki, sözü gedən 2.1 milyon dollardan həm də Ukrayna üçün NASAMS (National Advanced Surface-to-Air Missile Systems) yer-göy raket sistemləri, hava müşahidəsi radarları və dronları vurmaq üçün avtotoplar alınacaq.

Əks-hücuma hazırlıq

Pentaqonun bəyanatında deyilir ki, “Birləşmiş Ştatlar Ukraynanı onun döyüş meydanında təcili ehtiyacı olan silahlarla təchizatını və ona uzunmüddətli təhlükəsizlik dəstəyini davam etdirəcək”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə NATO-nun baş qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən əvvəl Vaşinqtonun son hərbi yardım paketi üçün təşəkkürünü bildirib:

“Biz Birləşmiş Ştatlara bizim üçün etdiklərinə, xüsusilə də ordumuzun əks-hücuma hazırlaşması üçün bizə verdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk. Bayden administrasiyası ehtiyacımız olan çox şeylərlə bizi təchiz etmək öhdəliyinə sadiq qalıb və başqa müttəfiqlərə nümunə olub”.

AP xəbər verir ki, Kiyevə yeni silahlar və yeni dəstək fondları Ukrayna ordusunun əks-hücuma hazırlaşdığı bir vaxtda elan olunub.

XS
SM
MD
LG