Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Co Bayden Ukrayna üçün lend-liz qanununu imzaladı  


“Bəzi hesablamalara görə, iqtisadi ziyan 1 trilyon dollara çatacaq, yaxud da artıq çatıb. Heç birimiz bunu dəqiq bilmirik, amma böyük olduğunu bilirik"

ABŞ prezidenti Co Bayden mayın 9-da Ukraynanın silahla təchizatı üçün lend-liz qanunu imzalayıb.

Qanun Ukraynaya onun ərazisində hərbi əməliyyatlar başa çatanadək ona lazım olan silah və hərbi avadanlığın fasiləsiz təchizatını nəzərdə tutur.

“Ukraynada demokratiyaya dəstək üçün lend-liz haqqında 2022-ci il” qanununun layihıəsi Konqresə Ukraynaya hələ Rusiyanın müdaxiləsindən əvvəl təqdim olunmuşdu.

Ukrayna prezidenti Volodimir Zelenski qanunu imzaladığına görə ABŞ prezidentinə təşəkkürünü Twitter-dən bildirib:

"Lend-liz haqqında qanunun imzalanması tarixi addımdır. Əminəm ki, biz yenidən birlikdə qalib gələ bilərik. Biz Ukraynada və Avropada demokratiyanı müdafiə edəcəyik. 77 il bundan əvvəl olduğu kimi”.

Qanunda deyilir ki, ABŞ prezidenti Ukraynaya və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən ziyan görən başqa Şərqi Avropa ölkələrinə müdafiələrinin möhkəmləndirilməsi və əhalinin müdafiəsi məqsədillə borc və ya kirayə olaraq müdüfiə vasitələrinin göndərilməsi üçün hökumətə göstəriş verə bilər.

Volodinin “narahatlığı”

Müharibə başlanandan bəri ABŞ Ukraynaya ümumi dəyəri 2.4 milyard dollar olan üç yardım paketi verib.

Prezident Bayden aprelin 28-də Ukraynaya əlavə olaraq 33 milyard dollarlıq hərbi yardım göstərilməsi üçün Konqresə müraciət eetmişdi.

Ukrayna üçün lend-liz qanununun mexanizmi II Dünya Müharibəsi zamanı ABŞ-ın SSRİ də daxil müttəfiqlərinə hərbi yardımını tənzimləyən qanunla oxşardır.

O vaxt ABŞ SSRİ-yə irəlicədən ödəniş tələb etmədən böyük həcmlərdə silah, hərbi texnika və ərzaq vermişdi.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin aprelin sonlarında demişdi ki, Zelenski ABŞ-ın lend-liz paketini qəbul etməklə ölkəsini borcun girdabına çəkir.

Amma tarixi həqiqət belədir ki, SSRİ II Dünya müharibəsində ABŞ-ın ona göstərdiyi dəstəyin əksər hissəsi üçün heç vaxt ödəniş etməyib.

Bayden administrasiyası bundan əvvəl, ötən həftə Ukraynaya 150 milyon dollarlıq yeni silah yardımı paketini elan edib.

ABŞ Ukraynanın ‘müharibəni udması’ üçün yardımı kəsməyəcək

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğala başlayanda çoxsaylı yanlış təxminlərə əsaslanıb. Bunu ABŞ-ın aparıcı rəsmisi AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibəsində deyib. Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan Vaşinqtonun Kiyevə yardım, o cümlədən “bu müharibəni udmaq üçün” hərbi texnika göndərməyə davam edəcəyini, münaqişə bitəndən sonra ölkənin bərpasına yardım edəcəyini söyləyib.

Danniqan mayın 7-də verdiyi müsahibədə deyir ki, Putinin planlarından asılı olmayaraq, ABŞ strategiyanı dəyişməyəcək.

“Ukraynanın bu müharibəni udmasına kömək üçün təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik. Moskvaya elə sərt sanksiyalar tətbiq edəcəyik ki, Rusiya iqtisadiyyatını sıradan çıxarsın. NATO-nun şərq cinahında qüvvələrimizi gücləndirəcəyik”, – o vurğulayıb.

33 milyard dollar

Vaşinqtonun 2-ci Dünya müharibəsi erasına aid hərbi “lend-liz” proqramını təsdiqləməsi isə Ukraynaya və digər Şərqi Avropa ölkələrinə Rusiya işğalına qarşı savaşmaq üçün daha sürətlə avadanlıq verməyi asanlaşdırır. Danniqan yada salır ki, Konqresdən Ukrayna üçün daha 33 milyard dollarlıq yardım istənilib və bunun 20 milyardı təhlükəsizlik yardımı olacaq.

“Bu bizim Ukraynaya gecə-gündüz təhlükəsizlik yardımı göstərməyə hazır olmağımızın əlamətidir. Həmin 33 milyard dolların 8.5 milyardı iqtisadi yardım, 3 milyardı humanitar yardımdır”,
– Danniqan vurğulayıb.

Rəsmi təkcə Konqresdə deyil, Birləşmiş Ştatlar boyunca Ukraynaya dəstəyin böyük olduğunu bildirib.

Ukraynanın şimalında böyük şəhərləri tuta bilməyən Rusiya qüvvələrini şərqə yönəldib. Danniqan Rusiyanın cəbhədəki uğursuzluqlarını Putinin yanlış ehtimallarının nəticəsi olduğunu deyir.

“Kreml bir çox məsələlərdə yanılıb. Kreml Kiyevi bir həftəyə tutacağı ilə bağlı yanılıb... Onlar Ukraynanı tuta bilmədilər. Şərqə çəkilməli oldular, ukraynalıları qətiyyət və cəsarətlə savaşmağa davam edirlər”, – deyən Danniqan NATO-nun parçalanmasıyla bağlı da Kremlin yanlış mövqedə olduğunu vurğulayıb.

Kəşfiyyat məlumatları, enerji asılılığı

ABŞ mediası ötən həftə Vaşinqtonun Ukraynaya ötürdüyü kəşfiyyat məlumatlarının “Moskva” kreyserinin, eləcə də Rusiya generallarının hədəfə alınmasında rolundan yazıb. Danniqan bir daha qeyd edib ki, ABŞ Rusiya generallarının hədəfə almaq üçün kəşfiyyat məlumatı verməyib. “Burası Ukraynanın əməliyyat zonasıdır. Ukraynanın özünün döyüş kəşfiyyatı var. Əla kəşfiyyatdır”, – o söyləyib.

Avropa İttifaqı (Aİ) Kremli cəzalandırmaqdan ötrü Rusiyanın enerji idxalını tədricən kəsməyi planlaşdırır. Danniqan ABŞ-ın artıq martda Rusiyadan neft, qaz və kömürə embarqo qoyduğunu, Avropanın bu məsələdə ABŞ-dan fərqli mövqedə olduğunu söyləyib.

“Öz təbii resurslarımız olduğu üçün bəxtimiz gətirib. Avropa isə hələ də bir çox hallarda... Rusiya nefti və təbii qazından asılıdır. Ancaq bu asılılığı mümkün qədər tez azaltmaq cəhdini alqışlayırıq. Gələn aylar və illər ərzində Rusiya enerjisindən asılılığı birdəfəlik bitirmək üçün mümkün qədər çox çalışmalıyıq”, – 2014-2017-ci illərdə Dövlət Departamentində enerji diplomatiyası üzrə katibin köməkçisinin müavini işləmiş Danniqan vurğulayıb.

Ukraynada könüllülər velosipedlə kimsəsiz və imkansız qocalara ərzaq daşıyırlar
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

İşğalın vurduğu ziyan

O, ABŞ-ın Rusiyanın işğalından ziyan görmüş Ukraynanın bərpasına köməyə hazır olduğunu bildirib. Mariupol və Xarkov şəhərləri böyük dağıntılara məruz qalıb. Dünya Bankı aprelin 21-də bildirib ki, işğal Ukraynanın binalarına və infrastrukturuna 60 milyard dollarlıq ziyan vurub və müharibə davam etdikcə ziyan artır.

“Bəzi hesablamalara görə, iqtisadi ziyan 1 trilyon dollara çatacaq, yaxud da artıq çatıb. Heç birimiz bunu dəqiq bilmirik, amma böyük olduğunu bilirik. İndi sual belədir ki, Ukrayna bu müharibəni udandan sonra onun bərpasına necə kömək edəcəyik. Biz, dünyadakı tərəfdaşlarımız və müttəfiqlərimiz bunu etməyə hazırdırlar”, – Danniqan bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG