Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 22:05

Türkiyə əsgərlərinin ölümünə görə ABŞ Rusiyanı, Erdoğansa Suriyanı ittiham edir


Türkiyə əsgərləri İdlibdə
Türkiyə əsgərləri İdlibdə

Suriyanın İdlib qəzasında hava zərbələri nəticəsində 33 Türkiyə əsgərinin həlak olması ilə yaranmış gərginlik əsnasında Vladimir PutinRecep Tayyip Erdoğan təcili danışıqlara başlayıblar.

Eyni zamanda ABŞ prezidenti Donald Trump və dövlət katibi Mike Pompeo Vaşinqtonun NATO müttəfiqi Türkiyəyə Suriya və Rusiya zorakılığına qarşı tam dəstək bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres çox sayda Türkiyə hərbçisinin ölməsini 9 illik müharibənin “ən həyəcanlı anı” adlandırıb. O dərhal atəşkəs elan edilməsinə çağırıb.

İdlib qəzasında gərginliyin eskalasiyası buradakı dinc əhali üçün əsl humanitar fəlakətə çevrilib.

BMT bildirib ki, dekabr ayından bu yana yarısı uşaqlar olmaqla təxminən bir milyon insan evlərindən didərgin düşüb.

İdlib qəzasının xəritəsi
İdlib qəzasının xəritəsi

Kreml bildirir ki, Türkiyə-Rusiya danışıqlarında tərəflər yaranmış vəziyyətdən ciddi narahatlıqlarını bildiriblər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, “dialoqa həmişə yer var”.

O bildirib ki, prezidentlər İdlibdə atəşkəsə dair 2018-ci il razılaşmasının icrası üçün “hər şeyi etməyin” zərurilıiyini vurğulayıblar.

“Türklərə qarşı Assadın döyüşdüyünü demək gülüncdür”

Rusiya İdlibdə gedən döyüşlərdə Suriya qoşunlarına dəstək versə də, Erdoğan çox sayda Türkiyə əsgərinin həlak olması ilə nəticələnmiş hücuma görə Suriya hökumətini və prezident Bashar al-Assadı ittiham edib.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Erdoğan gələn həftə danışıqlar üçün Moskvaya səfər edə bilər.

Türkiyə 300-dən çox Suriya hərbçisinin öldürüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Bu arada Trump Erdoğanla telefon söhbətində Assaddan, Rusiya və İrandan İdlibdə hücum əməliyyatlarını dərhal dayandırmağı tələb edib.

Trump Türkiyənin Suriyanın şimal-qərbində humanitar fəlakətin baş verməməsi üçün atdığı addımları tam dəstəklədiyini deyib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, Ankara çox sayda Türkiyə əsgərinin ölümü ilə nəticələnmiş hava zərbələrinə görə Assad hökumətini ittiham etsə də, Suriyadakı bütün əməliyyatları başlıca olaraq Rusiya planlaşdırır.

Rəsmi deyib ki, son ölümcül hücuma görə də məsuliyyəti Moskva daşıyır.

O bildirib ki, “türklərə və müxalifətə qarşı məzlum, döyüşə qamçı altında gedən, qabiliyyətsiz Assad ordusunun döyüşdüyünü iddia etmək gülüncdür”.

Son hava zərbələri NATO üzvü olan Türkiyə ilə Rusiya qüvvələri arasında birbaşa toqquşma təhlükəsi yaradıb.

XS
SM
MD
LG