Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:43

ABŞ NATO müttəfiqi Türkiyəni F-35 proqramından xaric edir


Lockheed Martin F-35 Lightning II qırıcı təyyarəsi
Lockheed Martin F-35 Lightning II qırıcı təyyarəsi

Birləşmiş Ştatlar bəyan edib ki, Türkiyə Rusiyadan S-400 müdafiə sistemini aldıqdan sonra Amerikanın supermüasir F-35 döyüş təyyarəsi proqramının iştirakçısı ola bilməz.

Ağ Evin iyulun 17-də açıqladığı yazılı bəyanatda deyilir ki, Ankaranın Rusiydan S-400 havadan müdafiə sistemini alması “Türkiyənin F-35 proqramında iştirakını mümkünsüz edir”.

Ağ Evin bəyanatında Türkiyənin birmənnalı şəkildə F-35 proqramından çıxarıldıığı deyilmir, lakin Pentaqon bunu açıq şəkildə bildirib. ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib:

"ABŞ və F-35 üzrə başqa partnyorlar Türkiyənin proqramdan xaric edilməsi və onun bu proqramdan rəsmən çıxarılması prosesinə başlanması qərarında yekdildirlər”.

Türkiyə Birləşmiş Ştatlardan sanksiya hədələrinə baxmayaraq Rusiyadan S-400 raketlərinin komponentlərinin üç ilk dəstini iyulun 12-də və dördüncü dəstini isə iyulun 13-də öz torpağında qəbul edib.

Hazırda F-35 qırıcısının müxtəlif hissələri Türkiyədə yığılır və indi Birləşmiş Ştatlar bu məqsədlə başqa yer tapmalı olacaq.

Prezident Donald Trump iyulun 16-da bəyan etmişdi ki, Türkiyənin Rusiyadan S-400 raketləri alması onun F-35 qırıcılarını ala bilməyəcəyi deməkdir.

İlkin razılaşmaya görə Türkiyə F-35 təyyarələrindən yüzünü almalı idi.

Vaşinqton Türkiyə üzərinə sanksiyalar qoyulacağını hələki elan etməyib.

XS
SM
MD
LG