Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:05

ABŞ-da və Avropada yoluxmaların sürəti ‘bir qədər sabitləşib’


Nyu Yorkda "karantin səhnələrindən" biri
Nyu Yorkda "karantin səhnələrindən" biri

Birləşmiş Ştatlarda və Avropa ölkələrində hakimiyyət orqanları iqtisadiyyatın açılmasına dair ehtiyatlı müzakirələrə başlayıb.

Burada koronavirusla bağlı yoluxma və ölüm hallarının artımında sabitləşmə müşahidə olunduğu xəbər verilir.

Lakin səhiyyə orqanları xəbərdarlıq edir ki, məhdudiyyətlərin çox tezliklə yumşaldılması epidemiyanın yeni dalğası ilə nəticələnə bilər.

Koronavirus statistikasını aparan Johns Hopkins Universitetinin hesabatında deyilir ki, aprelin 13-ə olan məlumata görə dünya boyunca indiyədək koronavirusa 1.9 milyon yoluxma və təxminən 119 min ölüm qeydə alınıb.

Amma bu da qeyd olunur ki, infeksiyalara və ölümlərə dair rəqəmlər reallıqda olduğundan xeyli az görünür.

Statistikanın natamamlığı həm hesablamadakı, həm də analizlərdəki qüsurlar, habelə bəzi hökumətlərin əsl rəqəmləri gizlətməsi ilə bağlı ola bilər.

Tədqiqatlar göstərir ki, virus daşıyıcılarının bir çoxu bundan xəbərsiz olur. Bu virus çox vaxt simptomlarını dərhal büruzə vermir.

13 milyon adam işini itirib

ABŞ prezidenti Donald Trump deyib ki, işçı qrupu aprelin 14-də ölkə iqtisadiyyatının yenidən açılması istiqamətindəki fəaliyyəti barədə məlumat verəcək.

Kütləvi karantinlərə, bizneslərin bağlanmasına, səfər məhdudiyyətlərinə görə son üç həftədə ABŞ-da 17 milyon insan işini itirib.

Aprelin 13-də, gecəyə olan məlumata görə ABŞ-da indiyədək 682 min yoluxma, 23 mindən çox ölüm qeydə alınmışdı.

Trump administrasiyası bəzi məhdudiyyətlərin yumşaldılması üçün təxmini olaraq mayın 1-ni müəyyən edib.

Aprelin 13-də çıxış edən ABŞ prezidenti “bir neçə həftə ərzində” ölkə qapılarının nə vaxt açılacağını elan edəcəyini deyib.

Trump əlavə edib ki, o Avropa ilə hərəkət məhdudiyyətinə “vaxtı gələndə” son qoymağı düşünür.

ABŞ-ın şimal-şərqindəki 6 ştat da koronavirus məhdudiyyətlərinin tədricən aradan qaldırılması üçün xüsusi regional şura yaradıb.

Nyu Yorkda “incə balans”

ABŞ-da pandemiyanın episentri olan Nyu Yorkun qubernatoru Andrew Cuomo aprelin 13-də deyib ki, təkrar açılma “incə balans” və hansı bizneslərin daha zəruri olmasının müəyyənləşdirilməsini tələb edəcək.

Səhiyyə ekspertləri bildirirlər ki, bütün virus daşıyıcılarının müəyyənləşdirilməsi üçün testlərin sayı və sürəti artırılmalıdır. Bu prosesə habelə virus daşıyıcılarının bütün təmaslarının üzə çıxarılması daxildir.

Səhiyyə ekspertləri bunu da deyirlər ki, ictimaiyyət sosial məsafə saxlanması, əllərin dezinfeksiya edilməsi və ağız maskalarından istifadə praktikasını davam etdirməlidir.

İspaniyada inşaat və sənaye açılır

Johns Hopkins Universitetinin təxminlərinə görə aprelin 14-dək Avropada COVID-19-a yoluxmadan 76 min nəfər ölüb.

Avropada epidemiyanın ən gur ölkələrində hələ də hər gün yüzlərlə ölüm qeydə alınır. Hərçənd son günlərdə ölüm hallarının cüzi azalması müşahidə olunur.

Bununla bağlı İspaniyada tikinti və sənaye sektorlarında çalışanlar iş yerlərinə qayıtmağa başlayıblar.

Səhiyyə naziri Salvador Illa vurğulayıb ki, “iqtisadi fəaliyyət yalnız bəzi məhdud sektorlarda başlanıb” və ümumi əhali üçün karantin qüvvədə qalır.

Johns Hopkins Universitetinin aprelin 14-ə olan məlumatına görə İspaniyada indiyədək 169 min yoluxma, 17,628 ölüm qeydə alınıb.

Avropanın bir neçə başqa ölkələri də təcili məhdudiyyətlərin tədricən qaldırılmasına başlayıb.

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkar edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Macron: “Əgər yaxşı vətəndaş olsaq...”

Fransa prezidenti Emmanuel Macron deyib ki, karantin tədbirləri azı mayın 11-dək qüvvədə qalacaq.

Macron bildirib ki, həmin tarixdən sonra məhdudiyyətlərin aradan qaldırılması “bizim nə dərəcədə yaxşı vətəndaş olmağımızdan, qaydalara ehtiramımızdan və əlbəttə, virusun yavaşımasından asılı olacaq”.

Macron aprelin 13-də televiziya ilə canlı çıxışında deyib ki, “pandemiya yavaşımağa və ümid qayıtmağa başlayıb”.

Fransa prezidenti bildirib ki, məhdudiyyətlərin yumşaldılmasının ilk addımlarından biri məktəblərin təkrar açılması olardı.

Onun sözlərinə görə, restoranlar kimi qeyri-zəruri xidmətlər bağlı qalmaqda davam edəcək.

Fransada indiyədək 138 min nəfər koronavirusa yoluxub və bunlardan 15 mini vəfat edib.

İtaliya kitab mağazalarından və camaşırxanalardan başlayır

İtaliyada aprelin 14-ə olan məlumata görə ölü sayı 20,400 nəfərə çatıb, amma ağır xəstə sayının dalbadal 10 gün azalması müəyyən ümidlər yaradır.

Ötən həftə İtaliya karantin müddətini mayın 3-dək uzadıb.

Bu da xəbər verilir ki, aprelin 14-dən sosial məsafə və maska qaydaları gözlənilməklə kitab mağazaları və camaşırxanaların açılmasına icazə verilib.

XS
SM
MD
LG