Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

Nazir müavini tələbələri ümidləndirdi


Tələbələrin aksiyası. 30 may 2017
Tələbələrin aksiyası. 30 may 2017

Azərbaycan Dillər Universitetində narazı tələbələrlə keçirilən görüş başa çatıb. Universitet rektoru görüşün sonuna yaxın zala gəlsə də çıxış etmədi..

Görüşdə tələbələri təhsil nazirinin müavini Ceyhun Bayramov dinləyib, onların suallarına cavab verib.

«Tələbələrin bütün fikirləri ilə tanışıq, hər bir fikrə, təklifə hörmətlə yanaşırıq. İndi məsələ bundan ibarətdir ki, hər hansı qərar verilməlidir. Bu qərarları qəbul etməyin də prosedurları var. Biz bu prosedurlara əməl etməliyik», - deyə nazir müavini tələbələrə bildirib.

O, tələbələri əmin edib ki, qəbul ediləcək qərar onların mənafeyini nəzərə alacaq.

«Sizin bütün fikirlər nəzərə alınacaq. Qərar hər kəsin marağına cavab verən qərar olacaq. Narahatçılığa səbəb yoxdur», - nazir müavini bildirib.

Nazir müavini bildirib ki, məsələ Azərbaycan Dillər Universitetinin Elmi Şurasında sabah, mayın 31-də müzakirəyə çıxarılacaq. Tələbələrin imtahanların sayının azaldılması ilə bağlı təkliflər üzrə qərarı da Elmi Şura verəcək.

Rektorla görüş

ADU etiraz aksiyası keçirən tələbələri rektorla görüşə gediblər.

Tələbələrdən biri AzadlıqRadiosuna tələblərini belə çatdırıb:

«İmtahan keçiriləcək fənlərin sayını 9-dan 5-ə endirsinlər. Ya sualların sayını azaltsınlar, ya da bu yenilik gələn ildən tətbiq olunsun».

+++

ADU rəsmiləri aksiya keçirən tələbələri akt zalına dəvət ediblər. Tələbələr isə bundan imtina ediblər. Onlar «bizi yenə aldatmaq istəyirlər» cavabını veriblər.

+++

Aksiyada tələbələr sual ediblər ki, əgər Nazirlər Kabineti 2010-cu ildə belə qərar veribsə, bu, indi niyə tətbiq edilir?

ADU İnformasiya Departamentindən isə deyiblər ki, bu barədə dərs ilinin əvvəlində tələbələrə məlumat verilib.

Tələbələrin aksiyası
Tələbələrin aksiyası

ADU tələbələri etiraz edir

Bu gün, mayın 30-u Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyası keçirirlər.

Tələbələr dövlət imtahanının keçirilməsinə qarşı çıxıblar. Onlar deyiblər ki, universitetə qəbul olunarkən bildirilib ki, dövlət imtahanı olmadan bu təhsil ocağını bitirəcəklər. İndi isə dövlət imtahanının olacağı bildirilir.

Başqa bir tələbə isə «9 fənn üzrə imtahan olarmı» sualını verib.

Tələbələr vurğulayıblar ki, yeniliklər builki məzunlara şamil edilməsin. Onlar «istəmirik», «etiraz edirik» kimi şüarlar səsləndiriblər.

Universitetin rəsmi şəxsləri tələbələrlə danışıqlara gəlib. Tələbələr «biz yalnız rektorla görüşmək istəyirik», - deyə bildiriblər.

ADU İnformasiya Departamentinin müdiri deyib ki, Nazirlər Kabinetinin «Bakalavr təhsilinin təşkili qaydaları» ilə bağlı qərarı var:

«Həmin qaydalarda göstərilir ki, yekun buraxılış attestasiyasının keçirilməsi məcburidir. Yəni, bu, kiminsə kəşfi deyil…».

Tələbələr hələ də dağılışmayıb. Onlar rektorla görüş tələb edirlər.

Arxiv video: Tələbələrin aksiyasından pərdəarxası görüntülər

Tələbələrin aksiyasından pərdəarxası görüntülər
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

XS
SM
MD
LG