Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:19

Əfqanıstanda hökumət rəsmisi öldürülüb


Dava Xan Menapal
Dava Xan Menapal

Menapal 2010-cu ilədək AzadAvropa/AzadlıqRadiosu-nun Azad Əfqanıstan Radiosu ilə əməkdaşlıq edib

Əfqanıstan hökumətinin İnformasiya və Media Mərkəzinin başçısı Dava Xan Menapal avqustun 6-da Kabildə güllələnib. Bu, Taliban yaraqlılarının hökumət hədəflərinə getdikcə daha çox fokuslandığını göstərir.

Taliban silahlı qruplaşmasının sözçüsü Zabiualla Mucahid Radio Azadi-yə mesajında Menapalın qətlinə görə məsuliyyəti götürdüklərini deyib, bunun “hədəfli hücum” olduğunu deyib.

Təhlükəsizlik Şurası Əfqanıstanı müzakirə edəcək

Bu qətlin törədildiyi bir vaxtda BMT-nin Təhlükəsizlik Şurası Əfqanıstan hökumətinin, Norveç və Estoniyanın xahişilə bu ölkədəki təhlükəsizlik durumunu müzakirə edəcək.

“Təəssüf ki, yırtıcı terrorçular yenidən qorxaqcasına hərəkət edərək vətənpərvər əfqanı şəhid ediblər”, – Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanikzay deyib.

Həftənin əvvəlində Əfqanıstanın müdafiə naziri əvəzinin iqamətgahına, eləcə də Əfqanıstan təhlükəsizlik xidmətinə yaraqlı hücumları olmuşdu.

Avqustun 3-də silahlılar Maydan Vardak vilayətində bir valini öldürüblər.

Taliban komandirləri silahlılara Əfqanıstan və ABŞ raket zərbələrinə cavab olaraq hökumət rəsmilərini hədəfə alacaqlarına and içiblər.

Bu həftə BMT və humanitar qruplar Talibanın intiqam məqsədilə dinc sakinləri hədəfə almasından əndişələndiyini bildirib. Hücumların vilayət paytaxtları daxil olmaqla əhali yaşayan yerlərə yönəldiyi qeyd olunur.

Menapal kimdir

“Bu qətllər əfqanların insan haqları və ifadə azadlığına ziddir”, – Birləşmiş Ştatların Əfqanıstandakı müvəqqəti işlər vəkili Ros Vilson tvitində yazıb.

Vilson Menapalın qətlindən “kədər və nifrət” duyduqlarını açıqlayıb.

Menapal 2010-cu ilədək AzadAvropa/AzadlıqRadiosu-nun Azad Əfqanıstan Radiosu ilə əməkdaşlıq edib. Həmin ilin sonunda isə Qəndəhar vilayətinin informasiya və mədəniyyət üzrə direktoru təyin olunub.

2015-ci ildə o, Prezident Əşrəf Qaninin sözçüsünün müavini təyin olunub. Apreldə isə hökumətin media ofisinin rəhbəri vəzifəsinə aparılıb.

Maydan bəri Əfqanıstanda döyüşlər güclənib. Birləşmiş Ştatlar və digər ölkələr bu ayın sonunadək qoşunlarını bu ölkədən çıxarmalıdırlar.

Taliban isə böyük şəhərlərə nəzarəti ələ keçirməkdədir. Qruplaşmanın üç komandirinin bu həftə “Reuters”ə deməsinə görə, silahlılar strategiyanı dəyişirlər, kənd yerlərindən şəhərlərə fokuslanırlar.

XS
SM
MD
LG