Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Aİ Belarusa əlavə sanksiyaları təsdiqləyir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

27 üzvü olan blok indiyədək insan haqları pozuntularına görə Belarusa bir sıra sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya təcavüzünə yardımına görə Belarusa yeni sanksiyaları təsdiqləyib.

Aİ-nin rotasiyalı prezidentliyinin sədri Fransa martın 2-də bildirib ki, sanksiyalar Belarusda Ukraynaya hücumlara kömək edən fərdləri, eləcə də “bəzi iqtisadi sektorları, tir, polad, potaş” sənayesini hədəfə alır.

27 üzvü olan blok indiyədək insan haqları pozuntularına görə Belarusa bir sıra sanksiyalar tətbiq edib. Buna Alyaksandr Lukaşenka rejiminin 2020-ci ilin prezident seçkisinin nəticələrinə etiraz aksiyalarını amansızlıqla yatırtması səbəb olub.

Lukaşenka seçkini udduğunu desə də, müxalifət nəticələrin saxtalaşdırıldığını, namizədi Svetlana Tixanovskayanın qalib gəldiyini bildirib.

XS
SM
MD
LG