Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:53

Aİ Moskvayla sadələşdirilmiş viza sazişini dayandıra bilər


Rusiya pasportu
Rusiya pasportu

Aİ-nin 27 üzvü arasında bu məsələdə konsensus yoxdur

Avropa İttifaqı (Aİ) nazirlərinin bu həftə rusiyalıların viza müraciətlərinə imtiyazlı yanaşmanı nəzərdə tutan 2007-ci il sazişinin dayandırılmasına dəstək verəcəyi gözlənir. Bu haqda “The Financial Times” qəzeti avqustun 28-də danışıqlarda iştirak edən, adları çəkilməyən rəsmilərə istinadla yazır.

Aİ-nin şərq üzvləri Kremlin Ukraynaya davam edən səbəbsiz hücumuna görə rusiyalı turistlərin üzünə sərhədləri birtərəfli bağlamaqla hədəfləyiblər.

Qəzetə danışan rəsmilərin sözlərinə görə, avqustun 30-da Praqada başlanacaq ikigünlük iclasda Aİ-Rusiya sadələşdirilmiş viza sazişinin dayandırılmasına siyasi dəstək veriləcəyi gözlənir.

“Rusiya əhalisinə siqnal göndərməliyik ki...”

“Rusiyalı turistlərin şəhərlərimizdə, sahillərimizdə gəzməsi düzgün deyil. Rusiya əhalisinə siqnal göndərməliyik ki, bu müharibə OK deyil, bu qəbuledilməzdir”, – danışıqlarda iştirak edən Aİ-nin aparıcı rəsmisi söyləyib.

Fevralın sonunda başlanan işğaldan az sonra 2007-ci il sazişinin bəzi hissələri, hökumət və biznes rəsmilərinin sərbəst hərəkətilə bağlı bəndlər dayandırılıb.

FT yazır ki, sazişin daha geniş miqyasda dayandırılması Aİ vizaları üçün müraciət edən rusiyalılara imtiyazlı yanaşmanı aradan qaldıracaq. Rusiyalılar əlavə sənədlər təqdim etməli olacaq, vizanın qiyməti qaldırılacaq, ərizələrə baxılması müddəti əməlli uzadılacaq.

“Müstəsna vəziyyətdəyik və müstəsna addımlar atılmalıdır. Viza sadələşdirilməsinin ləğvindən əlavə addımlar da atmalıyıq”, – deyən Aİ rəsmisi ilin sonunadək daha sərt tələblərin həyata keçirilə biləcəyini deyib.

Tələblər

Aİ-nin bəzi üzvləri Moskvanı cəzalandırmaq üçün sıravi rusiyalıların Aİ-yə səfərini önləmək üçün addımlar tələb ediblər.

Çex Respublikası və Polşa fevralın 24-də işğal başlayandan az sonra rusiyalı turistlərə viza verməyi dayandırıb.

Onlar Aİ-nin rusiyalılara tam qadağa qoymasını tələb ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski də belə bir müraciətlə çıxış edib.

Polşa və Baltik ölkələri rusiyalılara turist vizalarının verilməsini dayandırmağa hazır olduqlarını deyiblər. Rusiya ilə 1335 km-lik sərhədi olan Finlandiya isə sentyabrın 1-dən Rusiyaya turist vizalarının verilməsini 90 faiz azaldacağını bildirib.

Konsensus yoxdur

Ancaq Aİ-nin 27 üzvü arasında bu məsələdə konsensus yoxdur. Blokun aparıcı diplomatı Jozep Borrel avqustun 28-də axşam deyib ki, rusiyalılara viza verilməsinə tam qadağaya yekdil dəstəyin olacağına inanmır.

“Bəzi rusiyalılara, xüsusilə oliqarxlara viza verilməməsini nəzərdən keçirməliyik. Daha selektiv olmalıyıq. Ancaq rusiyalıların hamısına viza verilməsini dayandırmaq tərəfdarı deyiləm”, – Borrel Avstriya TV-sinə deyib.

Almaniyanın kansleri Olaf Şolts deyib ki, Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslərə sanksiya qoyulması vacibdir, ancaq avropalılar “anlamalıdırlar ki, Rusiya rejimindən narazı xeyli adam Rusiyadan qaçır”.

XS
SM
MD
LG