Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:16

'Akkord' korporasiyası genişlənir


Akkord
Akkord

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti «Building Construction Group» şirkəti yaratdığını açıqlayıb. Hələlik, yeni şirkətin öz kapitalını formalaşdırması və hüquqi qeydiyyatı başa çatmayıb.

Buna da bax:​ Sakinlər 'Akkord'a xəbərdarlıq edir: 'Qaz verilməsə...'

Ölkənin ən iri şirkətlər qrupundan biri

İndiyədək korporasiyadan bir neçə şirkət ayrılıb. Mərmər və qranit, qum-çınqıl, kərpic, prefabrik, asfalt, beton və sement istehsalı müəssisələrinin bazasında yeni şirkətlər qurulub. Nəqliyyat təsərrüfatı, eləcə də hidrotexniki qurğular, körpü tikintisi bölmələrinin əsasında yeni MMC-lər yaradılıb.

2005-ci ildən fəaliyyət göstərən və 2011-ci ildə korporasiyaya çevrilən «Akkord» hazırda maliyyə, energetika və neft-qaz sektorlarından başqa real sektorun qalan bütün sahələrində fəaliyyət göstərir. Təkcə ötən il onun iştirakı ilə 14 yeni şirkət qurulub.

Buna da bax:​ Ölkədən çıxışı yasaqlanan 'Akkord' səlahiyyətliləri

10 ildə aktivləri 755 milyon manatı keçib

Bunlardan başqa, korporasiyanın Azərbaycan və onun hüdudlarından kənarda (Türkiyə və Ukraynada, Rusiya və Qazaxıstanda) nəzarət etdiyi şirkətlərin sayı 20-ni keçir.

Bu ilin əvvəlinə, bölüşdürülməmiş mənfəəti nəzərə alınmaqla, korporasiyanın kapitalı 175 milyon manatdan çoxdur. Qurum 755,5 milyon manat dəyərində aktivlərə sahibdir.

Buna da bax: Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’

Əvvəllər daha çox avtomobil yolları salan korporasiya son 3 ildə, əsasən, su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələrinə qatılır.

Həm «Akkord»a, həm də başqalarına nəzarət edir

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC səhmlərinin 51 faizi «VIP Estate» MMC-yə, 49 faizi isə 37 yaşlı Dərya Müsəllim oğlu Vəliyevə məxsusdur. Holdinqə Əşrəf Kamilovun nəzarətindədir. Adı «Panama Papers»də keçən bu şəxs bir çox başqa şirkətlər konqlomeratlarına, o cümlədən «Synergy Group», «Shamkir Capital Group» MMC-yə də nəzarət edir.

XS
SM
MD
LG