Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Alatava-1 söküləcək, kiminə mənzil, kiminə kompensasiya…


Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır

Bakının Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə AzadlıqRadiosuna həmin qəsəbənin sakinləri danışıb. Onların sözlərinə görə, bu barədə sakinlərə hələ ötən ilin sonundan məlumat veriblər. Amma onlar bəzi narahatlıqlarını da dilə gətiriblər.

Sakinlərdən ad və soyadının çəkilməsini istəməyən bir şəxsin vurğulamasına görə, onlara deyiblər ki, bu, pilot layihəsi kimi bir şey olacaq: "Evimiz söküləcək və yerində tikilən binada bizə mənzil veriləcək".

O, narahatlıqlarını belə ifadə edib: "Başqa bəzi yerlərdə, məsələn, Yasamalda, Nərimanovda görürük ki, camaatı süründürürlər. Nə ev verirlər, nə də kirayə ödəyirlər. Açığı, buna görə ehtiyatlanıram. Birdən bizdə də belə olsa? Kimə şikayət edəcəyik? İndi heç olmasa bilirik ki, pis-yaxşı evimiz var".

Evi sökülənlər sevinir, qonşu binalardakılarsa narazıdır
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

İcra hakimiyyəti: "Sakinlərin istəyinə uyğun olaraq…"

Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb".

Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər".

Amma icra hakimiyyətindən şirkətin adını çəkməyiblər. Ona görə də onun təkliflərinin detallarını tam aydınlaşdırmaq mümkün olmayıb.

N.Cəfərli
N.Cəfərli

"Dövlət layihəsi deyil ki, qiymətdə diktə etsinlər…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Alatavada artıq binaların tikintisinə başlanıb: "Qəsəbənin düz ortasında artıq iki bina tikilir. Orada 40-a yaxın ailə idi, onlarla danışıblar. Tikilən binada mənzil verəcəklər, bina tikilənə qədər kirayə vəsaiti ilə bağlı da anlaşma olub".

Onun sözlərinə görə, vətəndaşlarla anlaşmağa məcburdurlar: "Yəni, bu, dövlət layihəsi deyil ki, qiyməti hansısa formada diktə etsinlər..."Qış parkı" və digər mərkəzi küçələrdə olan ərazilərdə yaşayan sakinlərin seçim imkanları məhdud idi, çünki onu dövlət layihəsi kimi təqdim etdilər. Sonra əl dəyişdi, icra hakimiyyətinin əlindən alıb kommersiya şirkətinə verdilər, daha sonra yenidən icraya qaytarıldı və insanların kifayət qədər ciddi mülkiyyət hüququ pozuldu".

Cəfərlinin fikrincə, Alatavada da narazılıqlar olacaq: "Çox güman ki, evlərin, həyətlərin kvadratmetrin hesablanması qaydaları ilə bağlı kifayət qədər narazı adamlar da olacaq. Alatavada bəzi sakinlərin evlərinin çıxarışları yoxdur".

'Sovetski' sakini: 'Hara çıxarırsan məni? Razı salmısan?'
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

İqtisadçı Alatavada yaşayan vətəndaşlara ictimai təşkilat yaratmağı məsləhət görüb: "O təşkilat vasitəsilə danışıqlar aparılsın, həm şəffaflığın yaradılmasına çalışılsın, həm də ictimai bilgiləndirmə olsun. Kommersiya şirkətləri də vətəndaşların hüquqlarını poza bilər, necə ki, biz dəfələrlə bunun şahidi olmuşuq".

Xatırlatma

Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 2 min civarında evin söküldüyü bildirilib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

XS
SM
MD
LG