Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Alexander Lapshin İsrailə verilə bilər


Həbsdəki bloqqer Alexander Lapshin vəkili Eduard Chernin.
Həbsdəki bloqqer Alexander Lapshin vəkili Eduard Chernin.

Həbsdəki bloqqer Alexander Lapshin Bakı Ağır Cinayətlər Məhkəməsinin onu 3 il azadlıqdan məhrum edən hökmündən apellyasiya şikayəti vermək istəmir. O, vətəndaşı olduğu İsrailə ekstradisiya edilməsini arzulayır.

Bu haqda bloqqerin vəkili Eduard Chernin deyib.

Vəkilin bildirdiyinə görə, bloqqer apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirməyib.

Buna da bax:​ Lapshin 3 il müddətinə azadlıqdan məhrum edildi (Video)

İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri bu gün, iyulun 26-da həbsdəki bloqqeri ziyarət ediblər. Alexander Lapshin onlara İsrailə ekstradisiya edilmək istəyini çatdırıb.

Vəkil müdafiə etdiyi şəxs ilə görüşdən sonra ekstradisiyadan ötrü gərəkli hüquqi prosedurların başlaya biləcəyini qeyd edib.

Ədliyyə Nazirliyi Alexander Lapshin-in İsrailə təhvil verilməsini istisna etməyib.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA-ya deyib ki, bloqqerin müraciətinə barəsində hökm qüvvəyə mindikdən sonra baxıla bilər.

Buna da bax: Lapşin: "“Qarabağ" sözünü hər iki dildə yazmışam”

“Lapshin barəsində məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər. Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər”, - idarə rəisi qeyd edib.

Xatırlatma

Alexander Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. Rusiyanın hakimiyyət təmsilçiləri da onu ekstradisiya etmək istəyini dilə gətiriblər.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Buna da bax:​ Lapşinin məhkəməsi qarşısında 2 yaşlı Zəhranın fotoları çıxarıldı

Bundan başqa, Lapshinin özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Buna da bax: Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri danışıb

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum edib.

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG