Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Müxalifət Əli Əhmədovun müstəqillik barədə bəyanatını tənqid edir


Əli Əhmədov
Əli Əhmədov

Azərbaycanın müstəqilliyi o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. "Ac olaq, müstəqil olaq!" şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Xalq müstəqilliyini rifahı üçün arzu edir, ac olmaq üçün müstəqillik uğrunda mübarizə aparılmır. İnsanlar müstəqilliyin bəhrəsini görməlidirlər, əks halda, müstəqillik əl çatmayan, sonu dumanlı bir xəyala çevrilirdi...

Bu sözləri baş nazirin və hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə keçiriıən "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" konfransında deyib.

Lakin 25 illik müstəqillik dövründə xalqın rifaha yetişib-yetişmədiyinə dair ziddiyyətli fikirlər mövcuddur.

Məsələn Əli Əhmədovdan fərqli olaraq bir çox beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda neftdən gələn gəlirlərin ədalətlə bölüşdürülmədiyinə, neftin bir neçə oliqarx məmuru ifrat varlandırdığına dair fikirlər zaman-zaman yer alıb.

Məsələn, tanınmış politoloq Tom de Waal sentyabr ayında dərc olummuş məqaləsində yazır ki, 2013-cü ilin məlumatına görə Azərbaycan əhalisinin 40 faizi subsidiyalı aqrar sahədə çalışırdı. Təhlilçi Qafqaz Barometri analitik mərkəzinin məlumatı əsasında qeyd edir ki, Azərbaycan əhalisinin yalnız 12 faizi ayda 400 dolları aşan maaş aldığını bildirmişdi. Həmin sorğudan bəlli olmuşdu ki, əhalinin 48 faizi özünə ərzaq və ya pal-paltar ala bilməyəcək dərəcədə yoxsuldur. Tom de Walın ən maraqlı nəticələrindən biri də budur ki, azərbaycanlıların rifahı nefti olmayan Gürcüstan və Ermənistan əhalisinin yaşayışından heç də yaxşı olmayıb.

Bütün bunlara baxmayaraq sosial-demokrat pariyasının hakimiyyətə yaxlınlığı ilə tanınan sədri, millət vəkili Araz Əlizadə Əli Əhmədovun bəyanatlarına aydınlıq gətirməyə çalışıb:

Əli Əhmədov sözü gedən çıxışında Azərbaycanın müstəqilliyini üç dövrə bölür: Heydər Əliyevə qədərki dövr, Heydər Əliyev dövrü və nəhayət İlham Əliyev dövrü. AXCP sədrinin müavini Gözəl Bayramlı isə deyir ki, Azərbaycanın müstəqilliyi heç bir dövrlərə bölünmür və Əliyevlərin müstəqilliklə çox az əlaqəsi var. Gözəl Bayramlı deyir ki, Əli Əhmədov bu cür fikirləri səsləndirməklə növbəti dəfə tarixi faktları saxtalaşdırmağa çalışır:

Siyasi şərhçi Hikmət Hacızadə isə hesab edir ki, Əli Əhmədovun çıxışı təbliğatdan başqa heç nəyi əks etdirmir və cənab Əhmədovun dediyindən fərqli olaraq Azərbaycanı hələki daha firavan gələcək gözləmir:

XS
SM
MD
LG