Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Əli Kərimli: 'Həbs olunsam, bir tənədən də qurtulacam'- [Video]


Əli Kərimli
Əli Kərimli

►“Bizi İŞİD-lə əlaqədə də ittiham edə bilərlər”

Bugünlərdə AXCP sədri Əli Kərimlinin həbs olunacağı haqda ehtimallar dolaşır.

Və “Turan” İnformasiya Agentliyi etibarlı qaynağa istinadla partiya sədrinin həbs ediləcəyi haqda xəbər də yayıb.

Əli Kərimli AzadlıqRadiosuna müsahibə verib və bu ehtimallara münasibətini bildirib.​

– Əli bəy, həbs ediləcəyinizlə bağlı ehtimallar dolaşmaqdadır. Sizdə bu haqda hər hansı informasiya varmı?

– Mən də “Turan”ın informasiyası ilə tanışam. Bundan əvvəl də hökumət mediasında cəhdlər göstərilirdi ki, məni Fethullah Gülen (ABŞ-da yaşayan ilahiyyatçı. Türkiyə hakimiyyəti onu 15 iyul çevriliş cəhdinə himayədarlıqda ittiham edir, Gülen bunu təkzib edir – red.) hərəkatının əsas adamı kimi təqdim etsinlər. Hətta mənimlə bağlı tədbir görülməsi üçün Respublika Prokurorluğuna açıq çağırışlar var idi. Eyni zamanda, partiyadaşlarım da artıq şərləniblər. Köməkçim Faiq Əmirli, Gənclər Komitəsinin fəallarından Fuad Əhmədli gülençi kimi şərləniblər. Ona görə də belə ittihamları istisna etmirəm.

Əli Kərimli: 'Həbs olunsam, bir tənədən də qurtulacam'
Gözlə

No media source currently available

0:00 0:08:58 0:00

– Yəni eyni ittihamla həbs ediləcəyinizi gözləyirsiz?

– “Turan” agentliyi ciddi, məsuliyyətli agentlikdir. Ciddi mənbədən məlumat almasaydı, belə informasiyanı yaymazdı. Amma bu, mənim fəaliyyətimdə, siyasətimdə hər hansı dəyişikliyə səbəb olmayıb. Zatən illərdir ki, mən həbs təhlükəsi altında fəaliyyət göstərirəm. Kimi həbs edirlərsə, çalışırlar mənə qarşı ifadə alsınlar. Vaxtilə Kəmalə Bənənyarlıdan işgəncə ilə ifadə almaq istəyiblər, guya mitinqlərin keçirilməsi ilə bağlı ABŞ bizə pul verib, guya mən də hər mitinqçiyə 400 manat pul paylayıram. Təqribən analoji ifadəni AXCP-nin gənc fəalı Türkel Azərtürkdən almağa çalışmışdılar. Nəhayət Taleh Bağırzadəyə üç gün üç gecə işgəncə veriblər ki, Cəmil Həsənlinin və mənim əleyhimə ifadə alsınlar. Bir il deyil, bizi iranmeylli qüvvə kimi, şiə radikalı kimi qələmə verməyə çalışırdılar. İndi də 180 dərəcə zidd bir dini qruplaşma ilə əlaqələndirməyə cəhd göstərirlər. Bunu ona görə xatırlatdım ki, hökumətin məni hansısa cinayət əməlində ittiham etmək, məni şərləmək üçün bəhanə gəzməsi təzə xəbər deyil. Hökumətin mənə qərəzi hamıya aydındır. Sosial partlayışdan ehtiyatlanırlarsa, indiki iqtisadi vəziyyət davam edəcəksə, Əli Kərimli olsa da, olmasa da, bu hadisə baş verəcək. Xalq Cəbhəsinin, Milli Şuranın gücündən narahatdırlarsa, tam məsuliyyətlə deyirəm ki, Əli Kərimlinin həbsindən sonra bu güc artacaq ki, azalmayacaq. Əksinə, ölkəyə beynəlxalq təzyiqlər də artacaq. Açığı, mən də bir tənədən qurtaracam.

Buna da bax: Fuad Əhmədli həbsdə qaldı

– Hansi tənədən?

– Vaxtaşırı öyrədilmiş adamlar mənə irad tuturlar ki, “hökuməti sərt tənqid etdiyinizə görə sizi niyə həbs etmirlər?” İndi bu sualdan canım qurtarar (gülür). Mənim həbsim hökumətə heç nə vermir, məndən də heç nə aparmayacaq.

– Yəni həbsə özünüzü tam hazırlamısınız?

– Mən komfortlu həyat düşkünü deyiləm. Xoşbəxtlikdən yaxın ətrafım, həm cəbhədaşlarım, həm Milli Şuradakı həmkarlarım, həm də ailəm həyatın çətinliklərinə hazırdırlar. Heç nədən narahat deyiləm. Həbs haqda qərar varsa, versinlər! Narahat deyiləm. Sadəcə, görünür, ölçüb-biçirlər ki, nisbi azadlıqdakı Əli Kərimli daha təhlükəlidir, ya həbsdəki Əli Kərimli? Mən nisbi azadlıqda da olsam, bu haqsızlıqla, Azərbaycanı bu günə salan rejimlə mübarizəmi davam etdirəcəm, həbs təhdidi mövqeyimi, ritorikamı dəytişməyəcək. Eləcə də həbsdə də mübarizə davam edəcək, geri çəkilməkdən söhbət gedə bilməz.

Buna da bax: Cəbhəçi Qarabağ əlili saxlanıb

– Amma indiki məqamda bir partiya sədrinin həbsi siyasi hakimiyyətin üzərinə daha çox diqqət çəkməzmi? Hüquq-mühafizə orqanlarının əlində ciddi sübut-dəlil, arqument yoxdursa, sizin həbsinizlə bağlı qərar hakimiyyətə nə verəcək?

– Əlbəttə, bu yanaşmanın əsası var. Elə hökumətin tərəddüd etməsi də bununla bağlıdır. Onu götür-qoy edirlər ki, bu həbs nə qədər düzgün qərar olacaq? Hökumətdə düşünürlər ki, “yağışdan çıxıb yağmura düşməyəcəyik ki?” Ya da “qaş düzəltdiyimiz yerdə göz çıxarmayacağıq ki”. Bunu fikirləşirlər. Ona görə dedim ki, fikirləşib qərarlarını versinlər. Mənim üçün və ya əqidədaşlarım üçün hansı qərar verəcəklərinin fərqi yoxdur. Əksinə əqidədaşlarım, cəbhədaşlarım məni əmin edirlər ki, belə sərt addım atılsa, onların daha çox işləməyə mənəvi məsuliyyəti yaranacaq.​

– Son 10 gündə AXCP-nin bir neçə fəalı müxtəlif ittihamlarla saxlanılıb. Bu da sual doğurur: AXCP ətrafında nə baş verir?

– Burda iki səbəb var. Birincisi, odur ki, hökumət çox bacarıqsız sosial-iqtisadi siyasət həyata keçirir və bu da ölkəni sosial fəlakətə aparır. Bunu önləməkdən ötrü heç bir şey etmirlər və özləri də başa düşürlər ki, bu gedişlə ölkədə sosial zəmində gərginlik yaranacaq. Onlar AXCP-nin meydan gücündən narahatdırlar. Başa düşürlər ki, bu gün Azərbaycanda əsasən ciddi mitinqləri keçirən Milli Şura və onun əsas hissəsi olan Xalq Cəbhəsidir. Ona görə də narahatdırlar ki, bu mitinqlər ümumxalq mitinqlərinə çevrilə bilər. Onlar istəyirlər ki, bu cür aksiyaları keçirmək iqtidarında olan siyasi qüvvə qalmasın. Öz aləmlərində hesab edirlər ki, mənim həbsim bu qüvvəni zəiflədə bilər. Mən ona görə deyirdim ki, cəbhədaşlarımla danışmışam, bütün fəallar məni əmin ediblər ki, partiyanın fəaliyyətində heç bir geriləmə olmayacaq. Onlar artıq sədrlərinin həbsə düşəcəyi halda, birə iki işləməyə mənəvi-psixoloji baxımdan hazırdırlar. Mənim də məqsədim odur ki, hökumətin bu planı baş tutmasın.

Buna da bax: Taleh Bağırov Erdogan-a müraciət etdi

– İkinci səbəb nədir?

– Hökumət başa düşür ki, ictimai rəydə bizə uduzur. Bu gün o ictimai rəylə hesablaşmaya bilər, hərbi gücünə, polisə, puluna arxalanır. Amma onu da başa düşür ki, bir gün xalqın mövqeyi həlledici ola bilər. Hakimiyyətdəkilərə səhvən elə gəlir ki, yarıtmaz siyasətin vaxtında ifşa edilməsində, ona qarşı neqativ rəyin formalaşmasında bizim müstəsna xidmətlərimiz var. Hesab edirlər ki, Əli Kərimlini təcrid etməklə, Xalq Cəbhəsinə bağlı resursları dağıtmaqla nəyəsə nail olacaqlar. Bu yanlışdır. Əlbəttə, biz hökumətin yanlış siyasətini ifşa etmək üçün əlimizdən gələni edirik. Amma bu gün sosial şəbəkələr sayəsində ictimai rəyi formalaşdırmaq hər hansı siyasi qüvvənin monopoliyasında deyil. Sosial şəbəkə sayəsində hökumətin gizlinləri qalmır, hər yerdə korrupsiya, məmur özbaşınalığı ortaya çıxır. Faiq Əmirlinin maşınına kitab qoyanda dərhal ifşa edildilər. Orda bir həvəskar gördüyünü telefonu ilə çəkdi və bütün şəbəkələrdə yayıldı. Bunu Əli Kərimli etmədi ki! Əli Kərimli olmasa da, bunlar ediləcək.

– Əli bəy, dediniz ki, hökumət AXCP-nin kütləvi aksiyalar keçirməsindən narahatdır. Amma indiki məqamda Azərbaycanda kütləvi aksiyalar keçirilmir və keçirilsə də, on il, on beş il əvvəlki kimi kütləvi deyil. O zaman hökumətin məhz etiraz aksiyalarından çəkinəcəyini demək nə qədər düzgün olardı?

– Onlar dəqiq müşahidə aparırlar. Repressiyaların indiyə qədərki pik nöqtəsi 2014-2015-ci illər idi. Biz həmin zamanda da Azərbaycan şərtlərinə görə yetərincə kütləvi aksiya keçirə bilmişik. Potensialımız indi də qalır. Gündəlyimizdə mitinq keçirilməsi hələ də var. Amma bəli, hökumətin vintləri bir az da sıxmaq niyyəti var. Başa düşürlər ki, sosial gərginlik getdikcə artacaq. Buna görə də narazılıqları önləmək üçün həbslər aparılır, fəallar həbs olunur.

– Həbs ehtimalından danışdıq. Sizi nəyə görə həbs edə bilərlər?

– (Gülür) Köməkçim Fətullah Gülenlə əlaqədə ittiham olunur, başqa cəbhəçi narkotikə görə saxlanılıb. Bir başqa üzvümüz öz ayağı ilə polis idarəsinə gedib, onu polisə müqavimətdə günahkar bilərək 30 sutka veriblər. Absurddur! Yəni bu ittihamların bir-bir ilə əlaqəsi yoxdur. O gün dostlardan biri zarafatla deyir ki, bizi İŞİD-lə (İslam Dövləti silahlı qruplaşması) əlaqədə də ittiham edə bilərlər. Yəni proqnozlaşdırmaq çətindir.

XS
SM
MD
LG