Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:13

Ali Məhkəmə Trump-ın ‘vergi məsələsinə’ baxır


ABŞ Ali Məhkəməsinin binası
ABŞ Ali Məhkəməsinin binası

Mayın 12-də ABŞ-ın Ali Məhkəməsi prezident Donald Trump-ın öz vergi və maliyyə sənədlərini məxfi saxlamaq cəhdlərinə qarşı arqumetlərə baxılmasını davam etdirib.

ABŞ prezidentinin şəxsi maliyyə sənədlərinə dair məhkəmə qərarı iyun ayınadək verilməlidir.

Bu isə o deməkdir ki, Trump-ın vergi sənədləri məhkəmə qərarından asılı olaraq noyabr seçkisinədək açıqlana bilər.

Sənədlərin açıqlanmasını Nümayəndələr Palatasında çoxluğa malik olan demokratlar tələb edirlər.

Sayca dördüncü olan dinlənəmə koronavirus pandemiyasına görə telefon vasitəsilə keçirilir.

Məxfi maliyyə sənədlərinin noyabradək açıqlanması Trump-ın ikinci müddətə seçilmək imkanlarını potensial olaraq təsirləndirə bilər.

Hakim heyətinin tərkibi

Konqresin iki komitəsi və Nyu York prokurorları Donald Trump-ın biznesinə aid vergi və bank sənədlərinin, habelə başqa maliyyə informasiyasının üzərindən məxfiliyin qaldırılmasını tələb edir.

Trump onun sərvətinin mənbəyi və ailə biznesinin təbiəti üzərinə işıq sala biləcək sənədlərin açıqlanmasından israrla imtina edir.

Prezidentin vəkilləri bildirirlər ki, o dövlət başçısı kimi immunitetə malikdir.

Vaşinqton və Nyu Yorkda aşağı məhkəmə instansiyaları üç prosesdə prezidentin əleyhinə hökm çıxarıb.

Lakin bu məhkəmələrin qərarları Ali Məhkəmənin gözlənilən hökmü ilə əlaqədar qüvvəyə minmədən saxlanıb.

Ali Məhkəmənin hakim heyətində mühafizəkarlar 5-4 nisbətində çoxluğa malikdirlər və üstəlik hakimlərdən ikisini Trump təyin edib.

XS
SM
MD
LG