Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:40

Prezident İlham Əliyev Davosdadır


Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub.

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu (DİF) işə başlayacaq.

Bu il 49-cu dəfə təşkil olunacaq Dünya İqtisadi Forumuna müxtəlif ölkələrdən rəsmilər, biznesmenlər, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq.

Budəfəki forum 2019-cu ilin qlobal risklərinə və onların müzakirəsinə həsr olunacaq. Forumun yanvarın 25-nə kimi davam edəcəyi gözlənir.

Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatı sayılır. Ənənəvi Forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir və qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb.

XS
SM
MD
LG