Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:32

Əliyevlə Paşinyan yenidən görüşə bilər


İlham Əliyev (solda) və Nikol Paşinyan, Almaniya, 15 fevral 2020
İlham Əliyev (solda) və Nikol Paşinyan, Almaniya, 15 fevral 2020

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə ATƏT -in Minsk Qrupu çərçivəsində görüşü baş tuta bilər.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cümə günü ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Daha əvvəl bildirmişdik ki, görüşməyə və problemləri ən yüksək səviyyədə müzakirə etməyə hazırıq. Qarşı tərəf (Azərbaycan) həqiqətən də hazır olduğunu ifadə edərsə, ümid edirik ki, ATƏT -in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın gələcəkdə baş tutacaq ”, - deyə Qriqoryan Azərbaycan Prezidentinin, ATƏT-in Minsk qrupu çərçivəsində Paşinyanla görüşməyə hazır olması ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.

Qriqoryan həm də deyib ki, Bakı hazırdırsa, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır.

TASS xəbər verir ki, İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində Əliyev Paşinyanla "o nə vaxt hazır olsa" görüşə biləcəyini deyib.

"Mən görüşməyə hazıram və artıq mövqeyimi bildirmişəm. Əgər Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə üçtərəfli formatda bir görüşümüz oldu. Cənab Paşinyan nə vaxt hazır olsa, onunla danışıqlar aparmağa hazıram. Beləliklə, mən müzakirələrə açıqam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və bu səhifənin çevrildiyinin yaxşı bir göstəricisi ola bilər "deyə İlham Əliyev müsahibəsində bildirib. Azərbaycan Prezidenti həm də deyib ki, əgər Ermənistan Qarabağdakı mina sahələrinin dəqiq xəritələrini təqdim edərsə, Bakı da buna adekvat cavab verəcək.

XS
SM
MD
LG