Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Almaniya Ukraynaya Leopard tankları verə bilər


Leopard 2A4 tankı
Leopard 2A4 tankı

Almaniyanın Rheinmetall silah korporasiyası bildirib ki, tanklar da daxil özünün istehsal etdiyi texnikalardan Ukraynaya verməyə hazırdır

Almaniyanın Rheinmetall silah korporasiyası bildirib ki, tanklar da daxil özünün istehsal etdiyi texnikalardan Ukraynaya verməyə hazırdır.

Handelsblatt qəzeti xatırladır ki, bundan əvvəl, aprelin 11-də çıxış edən Almaniya xarici işlər naziri Annalena Berbok demişdi ki, Ukraynaya ağır sılahların verilməsi zəruridir.

Qəzet yazır ki, söhbət onlarca Leopard 1 tanklarından gedir. Daha müasir Leopard 2 modifikasiyasından itstifadə edən Bundesver Leopard 1 tanklarını balansından silib.

Konsernin rəhbəri Armin Pappergerin sözlərinə görə Leopard tanklarının ilk dəsti artıq 6 həftədən sonra Ukraynaya çatdırıla bilər.

Lakin bu akt Almaniya hökuməti tərəfindən təsdiq edilməlidir. Xanım Berbokun bəyanatı göstərir ki, rəsmi Berlin belə bir addımı atmağa hazırdır.

Nazir bildirmişdi ki, Ukraynanın silah təchizatında “kreativliyə” ehtiyac var.

Slovakiya ilə danışıqlar aparılır

Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən əvvəl Almaniya başqa NATO ölkələrindən fərqli olaraq Ukraynaya silah verilməsinə qadağan qoymuşdu.

Sonradan bu qadağan qaldırılıb və Almaniya Ukraynaya antitank və antitəyyarə sistemləri verib.

Lakin Ukrayna rəsmiləri bildirirlər ki, Kiyevə təcili qaydada ağır texnika – tanklar və zirehli maşınlar lazımdır.

Ötən həftə xəbər verilmişdi ki, Çexiya öz cəbbəxanasından Ukraynaya T-72 tankları verib.

Hazırda Slovakiya ilə özüyeriyən ağır topların verilməsinə dair danışıqlar aparılır.

XS
SM
MD
LG