Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:57

Almaniyada casusluqda ittiham olunan rusiyalı alim həbs edilib


Ariane 5 raketi NASA-nın James Webb Kosmik Teleskopunu orbitə aparır
Ariane 5 raketi NASA-nın James Webb Kosmik Teleskopunu orbitə aparır

İddia edildiyinə görə o, Almaniya universitetlərindən birində işləyərkən Avropanın Ariane raket proqramı barədə məxfi məlumatları Rusiyaya ötürüb

Almaniya prokurorları bildiriblər ki, bir rusiyalı alim Moskvaya casusluq ittihamı ilə həbs olunub.

İddia edildiyinə görə o, Almaniya universitetlərindən birində işləyərkən Avropanın Ariane (Ariana) raket proqramı barədə məxfi məlumatları Rusiyaya ötürüb.

Federal prokurorlar yanvarın 27-də deyiblər ki, hələlik yaknız İlnur N. adı ilə təqdim olunan şübhəli Bavariyada adı çəkilməyən universitetdə tədqiqatçı olub və Almaniyada mənzillənən vəzifəli Rusiya kəşfiyyat zabiti ilə müntəzəm qaydada görüşlər keçirib.

Onun 2021-ci ilin iyununda həbs edildiyi bildirilir.

Bu da iddia olunur ki, şübhəli aerofəza texnologiyaları sahəsinə, ələlxüsus Avropa Ariane start qurğusunun müxtəlif inkişaf mərhələlərinə aid informasiyaları ötürüb.

Gərginlik zamanında

Ariane proqramı peyklər də daxil ağır yükləri kosmosa çatdırmalı olan silsilə daşıyıcı raketlərdən ibarətdir.

Həbs barədə məlumat Rusiya və Qərb arasında Ukrayanaya görə gərginliyin son həddə çatdığı bir vaxtda yayılıb.

Bu Rusiyanın Almaniyadakı kəşfiyyat fəaliyyəti ilə bağlı yeganə hadisə deyil.

Dekabrda Berlin məhkəməsi 2019-cu ildə Berlində keçmiş çeçen komandirlərindən birini Moskvanın əmrilə güllələdiyinə görə bir rusiyalını məhkum edib.

Məhkəmə qərarında deyilirdi ki, milliyyətcə çeçen Gürcüstan vətəndaşı, 40 yaşlı qurbanın qətli Kremlin əmri ilə icra edilən “qisas” aktı olub.

Bu məhkəmə qərarı iki ölkənin bərabər sayda diplomatı persona non grata elan etməsinə səbəb olub.

XS
SM
MD
LG