Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:25

'Azərbaycan tibb sahəsində 100 il geri qalıb' [video]


Almaniyadan R.Müseyibzadə: 'Azərbaycan səhiyyəsi bəlkə də 100 il geri qalıb'
Gözlə

No media source currently available

0:00 0:14:33 0:00

Almaniyadan R.Müseyibzadə: 'Azərbaycan səhiyyəsi bəlkə də 100 il geri qalıb' [A-Live]

Həkimlər var, şərait yoxdur. Bunu Almaniyada yaşayan azərbaycanlı həkimlər deyir. Deyirlər ki, Almaniyaya gələndən sonra anlayırlar ki, azərbaycanlı həkimlər dünyanın ən inkişaf etmiş ölkələrində can etibar ediləcək qədər savadlıdırlar.

Almaniya Tibb Assosiasiyasının ötən ilin yekunları üzrə hesabatı açıqlanıb. Həmin sənəddə deyilir ki, keçən il Almaniyada işləyən xarici həkimlərin sayı 10 faizə qədər artıb. Son bir ildə Almaniyaya üz tutan və iş tapan Azərbaycandan olan həkimlərin sayı 108 nəfərə çatıb. Rusiyadan Almaniyada 109 həkim çalışır.

Buna da bax:​ 'Azərbaycandan tibb işçiləri gedir'

Azərbaycan Tibb Universitetinin məzunu İlkin Məhərrəmli, Nürenberqdə, Steger klinikasında kardeoloq-həkimdir. Deyir ki, Azərbaycanda həkim olmaq, müalicə etmək çətindir:

“Biri var ki, almandır, fransızdır, öz ölkəsində də normal səhiyyə sistemi var. Ancaq o həm də yeni bir cəmiyyətlə tanış olmaq üçün kənarda işləmək marağındadır. Burda səbəb faktoru var. Amma bizdə səbəb başqa faktordur. Daha çox iqtisadi, tibbin özündə olan ciddi problemlərdir. Biz bunu mütəxəssislərin dünyaya yayılmasından daha çox beyin axını kimi dəyərləndirməliyik”.

İlkin Məhərrəmli deyir ki, Azərbaycanda nəzəri və təcrübi biliklər Almaniyadan geri qalır, laboratoriyalar daha az inkişaf edib, həkimlərin gəliri azdır və s.

Buna da bax: 'Azərbaycan və Almaniya səhiyyəsi arasında paralel aparmaq gülməlidir'

Başqa bir azərbaycanlı həkim-psixiatr Rəşad Müseyibzadə Almaniyada Thurigen klinikasında təcrübə keçir, bir neçə ay sonra tam fəaliyyətə başlayacaq. Deyir gərək alman dilini ən yaxşı səviyyəyə qədər inkişaf etdirsin. Əlavə edir ki, əziyyətinə dəyər. Deyir ki, psixiatriya sahəsində Azərbaycan Almaniyadan çox geri qalır:

“Daha müasir dərmanlarla, daha müasir tibblə tanış olursan. Baxırsan ki, Azərbaycan 100 il geri qalıb tibb sahəsində bəlkə də. Cərrahiyyə şöbəsində daha müasir alətlərdən istifadə olunur, təhsil daha çox irəli gedib”.

Hər iki həkim diqqəti bir məqama çəkir. Avropada həkimlərin əməkhaqqı daha yüksəkdir.

Rəşad Müseyibzadə deyir ki, həkim yardımçısının əməkhaqqı vergidən sonra 3500 avrodan başlayır.

Buna da bax:​ Bakı sakini: 'Həkimlər infeksiyaya yoluxdurub, ölürəm...'

Bakıda həkim Adil Qeybulla deyir ki, reallıq belədir ki, Azərbaycanda dövlət tibb müəssisələrinə rüşvət və güclü arxa olmadan işə düzəlmək mümkün deyil. Özəl klinikalara isə öz tanışlarını götürürlər. Onun sözlərinə görə, Azərbaycanda ən böyük problem ondan ibarətdir ki, səhiyyə islahatları sona qədər getməyib. Ölkə Sovet səhiyyəsinin də bəzi standartlarından hələ də azad ola bilməyib.

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

“Onlar daha yaxşı həyat üçün gedirlər. Bizdə səhiyyə islahatları başa çatmayıb. Həkimlərin yerləşdirilməsində xeyli çətinliklər var. Hətta rayondakı həkimlər də Bakıya gəlir”.

Xaricdə yaşayan həkimlər həm də Azərbaycanda səhiyyə islahatına sığorta sisteminin formalaşdırılması ilə başlamağı təklif edirlər.

Buna da bax: Deputat müalicəyə xaricə getməyin səbəblərindən danışır

Hökumət bu prosesə başlayıb. Mingəçevirdə və Yevlaxda pilot sosial sığorta layihələri həyata keçirilir.

Prezident İlham Əliyev martın 7-də, Bakıda “Ürək” tibb mərkəzinin açılışında deyib ki, tibb sahəsinin inkişafı hökumətin diqqətindədir. Son illər ölkədə 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib.

XS
SM
MD
LG