Qazaxıstanın ən böyük şəhəri olan Almatı-nın bir çox rayonları işıqsız qalıb.
AzadlıqRadiosu Qazaxıstan xidmətinin iyulun 15-də verdiyi məlumata görə, buna səbəb, elektrik stansiyalarından birində baş verən qəza olub.
Şəhərdə svetoforlar işləmir, prospektlərdə tıxaclar yaranıb, trollebuslar da daxil olmaqla ictimai nəqliyyatın hərəkəti dayanıb.
Şəhərin aşağı və yuxarı hissələri, müxtəlif mikrorayonlarında elektrik enerjisinin kəsilməsi barədə məlumatlar gəlir.
Yerli vaxtla saat 15 radələrində şəhərin bir sıra rayonlarında elektrik enerjisi bir saatdan sonra bərpa edilib.
Almatı metrosu ehtiyat enerji blokuna keçib, sərnişinlər içəri buraxılmır.
Almatı enerji effektliyi və infrastruktur inkişaf idarəsindən verilən məlumata görə, elektrik enerjisinin kəsilməsinə səbəb, elektrik stansiyasında baş verən texniki pozuntu olub.
Hakimiyyət elektrik enerjisinin saatyarım ərzində bərpa olunacağını vəd edib.
Hazırda qəzanın dəqiq səbəbi araşdırılır.