Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:51

Məhkəmə AzadlıqRadiosu jurnalistini həbsdə saxladı


Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Tatarıstanın Ali Məhkəməsi AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın dekabrın 5-dək həbsdə saxlanmasına dair qərar çıxarıb.

Bundan əvvəl onun həbsinə dair qərarı Kazan şəhəri Sovetski rayonunun məhkəməsi oktyabrın 23-də çıxarmışdı.

Kurmaşevanın vəkili jurnalist barəsində qətimkan tədbiri nəzərdə tutmayan hökm çıxarılması üçün vəsatət vermişdi.

Oktyabrın 31-də qapalı rejimdə keçirilən dinləmədə Kurmaşeva istintaq təcridxanasından videobağlantı ilə iştirak edib.

Kurmaşeva Rusiya Cinayət Məcəlləsinin 330.1 maddəsinin üçüncü bəndini pozmaqda ittiham edilir.

Bu maddədə Rusiyada hərbi, hərbi-texniki sahələrdə məqsədyönlü şəkildə informasiya toplayan şəxslərin xarici agent kimi qeydiyyatdan keçməli olduğu qeyd edilir.

Maddəyə görə belə informasiya xarici mənbələr tərəfindən istifadə olunduqda Rusiyanın təhlükəsizliyi üçün hədə yarada bilər.

İstintaq hesab edir ki, jurnalist adının xarici agent reyestrinə daxil edilməsi üçün özü müvafiq sənədləri orqanlara təqdim etməyə borclu idi.

Rusiya Ədliyyə Nazirliyi Kurmaşevanın adını reyestrə daxil etməmişdi. Bu, Rusiyada bu maddə ilə qaldırılmış ilk cinayət işdir. Jurnalist özünü təqsirli bilmir.

Bundan əvvəl

Oktyabrın 23-də Kazandakı Sovetski rayon Məhkəməsi Kurmaşevanın vəkilinin həbsə alternativ qətimkan tədbiri barədə vəsatətini rədd edərək jurnalistin dekabrın 5-dək təcridxanada saxlanılması haqda qərar çıxarıb.

"Bugünkü dinləmənin nəticəsindən çox məyus olduq", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) demişdi.

"Alsunun ailəsinə qovuşa bilməsi üçün onu dərhal azad etməyə çağırırıq", – o, sözlərinə əlavə edib.

Hakimiyyət oktyabrın 11-də Kurmaşevanı ABŞ pasportunu Rusiya hökumət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl ($103) cərimələyib. Bunu yerli media gördüyü məhkəmə sənədlərinə əsasən yazıb.

Kurmaşeva bu il Rusiyanın saxladığı ikinci ABŞ mediası təmsilçisidir.

Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun Tatar-Başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

XS
SM
MD
LG