Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Masallı boyda Kremençukda yerli qəzetin tirajı 150 mindir...


Cənub bölgəsində çap edilən ilk müstəqil qəzet «Cənub Xəbərləri» sayılır...
Cənub bölgəsində çap edilən ilk müstəqil qəzet «Cənub Xəbərləri» sayılır...

«Kimsə müstəqil qəzet buraxırsa, kamikadzelik edir»

Redaksiyası Masallı şəhərində yerləşən müstəqil «Cənub Xəbərləri» qəzeti 6 aylıq fasilədən sonra yenidən işıq üzü görüb.

Baş redaktor Zahir Əmənov qəzetin yaranma tarixindən söhbət salır.

«Qəzet 1992-ci ildən fəaliyyət göstərir. Əvvəl «Masallı», «Masallı Xəbərləri», sonra da «Cənub Xəbərləri» adı ilə çıxıb. Ümumiyyətlə Masallıda rayon qəzetlərin tarixi 1932-ci ildən başlanır. Azərbaycanın mətbuat tarixində cənub bölgəsində çap edilən ilk müstəqil qəzet isə «Cənub Xəbərləri» sayılır».

«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov
«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov

«İndi nəşriyyat xərcləri artıb, heç bir layihə yoxdur»

Cənub bölgəsində çap edilən ilk müstəqil qəzet «Cənub Xəbərləri» sayılır...

Baş redaktorun dediyinə görə, qəzet çap etmək ildən ilə çətinləşir:

«Əvvəllər layihələr reallaşırdı, az da olsa yardımlar olunurdu. Nəşriyyat xərcləri də az idi. İndi nəşriyyat xərcləri artıb, heç bir layihə yoxdur, heç bir yerdən yardım gəlmir. Ən azı nəşriyyat xərclərinə 200 manat ödəyirik. Qəzetin müxbiri, korrektoru və digər işçiləri olmalıdır. Bütün bu yükləri bir nəfərin-redaktorun üzərinə düşür, 5 adamın işini bir nəfər görür. Halbuki, qəzetin bir nömrəsi ən azı 500 manata başa gəlir. Bura kompüter xidməti, səhifələmə, yayım sair də düşür. Qəzeti 7 rayona paylamaq lazım gəlir. Telefon, işıq xərcləri var. Nəzərə alsaq ki, ölkədə işıq bahalaşır, digər xidmətlərin qiyməti də artır. Bu dəfə bir az pul reklamdan gəldi. Qeyri hökumət təşkilatların tədbirləri oldu. Ordan pul gəldi. Onların yardımı ilə qəzeti buraxa bildik. Vaxtı ilə rayonlarda həftədə 3 dəfə qəzet çıxırdı, özü də 10-11 min tirajla. Az qala hər evə 2 qəzet düşürdü. İndi 200 mindən çox əhalisi olan rayonun qəzeti 500 tirajla çıxır. Elə icra hakimiyyətinin iclas zalı 600 nəfərlikdir».

Baş redaktorun deməsinə görə «Cənub Xəbərləri» qəzetinə rayonda tələbat böyükdür:

«Hara gedirəm qəzeti soruşurlar»

«Tələbat böyükdür. İnternet olsa da. Hara gedirəm qəzeti soruşurlar. Bunları nəzərə alıb, qəzetin bütün işlərini görürdüm və qəzeti ərsəyə gətirdim. İmkan olsa ayda bir dəfə çap edərik. İnformasiyalar çoxdur».

Ukraynada necədir, bizdə necə? İnsanlar yazmırlar, yazmağa qoymurlar. Hamı müşahidəçi rolunu oynayır. Elə bil ki, turistdirlər baxırlar, gedirlər.

Zahir Əmənov deyir ki, hökumət mətbuata müəyyən maliyyə dəstəyi versə də region qəzetləri bu köməyi görmür:

Dövlət dəstəyi yoxdur...

Buna da bax: Mehman Əliyev: «Azərbaycan mediası qurduğumuz və istədiyimiz prinsiplərdən xeyli uzaqdır»

«Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu paytaxt qəzetlərinə yardım eləsə də, heç bir region qəzetinə yardım olunmur. Guya satışımız 1500 tirajdan aşağıdır, həftəlik deyil. Bu bütövlükdə region qəzetlərin problemidir. Birinci növbədə problem aradan qaldırılmalıdır. Hansı qəzet rayonda 1500 ədəd satılır? Hansı qəzet rayonda həftəlik çıxa bilir? Çıxa bilmirlər. Bundan istifadə edən reket qəzetlər yerli hadisələr haqqında yanlış informasiyalar verirlər».

Hansı qəzet rayonda həftəlik çıxa bilir? Çıxa bilmirlər...

Baş redaktorun fikrincə region mətbuatını inkişaf etdirməkdən ötrü beynəlxalq təcrübədən istifadə etmək olar:

Buna da bax: “Mətbuatın piroquna çox əl uzadılır”

«Elə bil ki, turistdirlər baxırlar, gedirlər...»

«Ukraynada, Polşada, Gürcüstanda seminarlarda olmuşam. Məsələn, Ukraynada Kremençuk şəhəri Masallı rayonu boydadır. Yerli qəzetin tirajı 150 mindir. Çünki reklamı var. Qəzet reklamla dolanır. Bizdə monopoliya olduğu üçün qəzetin reklam bazarı yoxdur. Dövlət yardım eləmir, qəzet bütün xərcini reklamdan çıxardır. Qəzetin birinci səhifəsi rəngli idi, 1 səhifənin reklamının qiyməti 1750 dollar idi. Bizim indiki pul ilə götürsən 3 min dollar. Qəzetin öz mətbəəsi, hər cür şəraiti var idi. İnsanlar yazırlar, müraciət edirlər. Bizdə nə edirlər? İnsanlar yazmırlar, yazmağa qoymurlar. Hamı müşahidəçi rolunu oynayır. Elə bil ki, turistdirlər baxırlar, gedirlər. Həm deyir tənqid yaz, amma onun özünə, qohumlarına toxunma. Çətinə düşəndə heç kim arxanda qalmır. Region mətbuatı müstəqillik dövründə çox acınacaqlı duruma düşüb. Kimsə müstəqil qəzet buraxırsa fədakarlıq, kamikadzelik edir».

Buna da bax: Reklam pulları qlamur jurnallara axır

«Əmək haqqı vermək olmur»

Ukraynada Kremençuk şəhəri Masallı rayonu boydadır. Yerli qəzetin tirajı 150 mindir. Çünki reklamı var.

O deyir ki, belə getsə müstəqil region qəzetləri tamamilə sıradan çıxacaq.

«Real müstəqil qəzetlərə yardım olsa bəlkə nə isə alınar. Olmasa «Cənub Xəbərləri» daxil olmaqla barmaqla sayılan digər müstəqil regional qəzetlərin ömrü uzun olmayacaq. Jurnalist bazası da yoxdur. Rayon qəzetlərin müxbirləri qocalıb. Qəzetlərdə işləyənlərin 95 faizi 50-60 yaşından yuxarı olanlardır. Bu günləri normal redaksiya kimi fəaliyyət göstərsək, həftədə bir dəfə çıxsaq, ən azı 3-4 nəfər işçimiz olmalıdır.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Yerlərdən reportaj hazırlanmalıdır, bizim qonorar verməyə imkanımız olmalıdır. Şəkil lazım olur. İnkişaf etmiş ölkələrin qəzetlərin yarısı elə şəkil olur. Fotolar verilir, montaj olunur. Bu fotolar yazını gücləndirir. Bizdə elə sıfır həddindədir. Əmək haqqı vermək olmur. Mətbəənin, kompüterin xərcləri ödənməlidir. Bunlar yoxdur. İcra hakimiyyətlərin nəzarətində olan qəzetlər belə çətinlik içindədirlər».

Buna da bax: İlham Əliyevə növbəti dəfə «Jurnalistlərin dostu» mükafatı verildi

Buna da bax: Qəzet necə yaranır [video]

Qəzet necə yaranır
Gözlə
Embed

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid

XS
SM
MD
LG