Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:28

ABŞ-ın müdafiə naziri: 'İran dünyada terroru dəstəkləyən əsas dövlətdir'


Jim Mattis (solda) və Yaponiyanın baş naziri Shinzo Abe, Tokyo, 3 fevral 2017
Jim Mattis (solda) və Yaponiyanın baş naziri Shinzo Abe, Tokyo, 3 fevral 2017

"İran dünyada terroru dəstəkləyən əsas dövlətdir".

Bunu Yaponiyada səfərdə olan ABŞ-ın müdafiə naziri Jim Mattis deyib.

66 yaşlı Jim Mattis yanvarın 21-də müdafiə naziri təyin olunub. O Fars körfəzində, Əfqanıstanda, İraqdakı əməliyyatlarda diviziya komandanı olub.

ABŞ fevralın 3-də İrana yeni sanksiyalar qoyduğunu elan edib. Bundan bir neçə gün əvvəl Tehran ballistik raket sınağı keçirmişdi. Buna görə Vaşiqntondan xəbərdarlıq almışdı.

İrana qarşı yeni sanksiyaları bir sıra demokrat millət vəkilləri də alqışlayıblar.

İranın xarici işlər naziri Javad Zarif bildirib ki, “İran heç kimlə müharibə başlamaq niyyətində deyil, amma öz müdafiəsi üçün yalnız özünə arxalana bilər”.

XS
SM
MD
LG