Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:58

Ziya Məmmədovun oglunun iddiası qəbul edilmədi


Anar Məmmədov
Anar Məmmədov

Mehman Hüseynov bildirib ki, məhkəmə iddiasına səbəb guya sosial şəbəkələrdə ona məxsus hesabda sahibi Anar Məmmədov göstərilən bahalı avtomobillərinin fotolarının yayılması olub

Sentyabrın 6-da Bakının Suraxanı Rayon Məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bloqer Mehman Hüseynova qarşı iddiasına baxılıb. Məhkəmə Anar Məmmədovun iddiasını təmin etməyib.

Mehman Hüseynov AzadlıqRadiosuna bildirib ki, məhkəmə iddiasına səbəb guya sosial şəbəkələrdə ona məxsus hesabda sahibi Anar Məmmədov göstərilən bahalı avtomobillərinin fotolarının yayılması olub.

Bloqer isə vurğulayıb ki, həmin hesablar ona aid deyil:

"Facebook, İnstagram, Youtube kimi sosial şəbəkələrdəki hesablarımın hamısı mənim adıma rəsmi qeydiyyatdan keçib və xüsusi qeyd olunub. Deyilən hesabının isə mənə aidiyyəti yoxdur".

İddia tərəfi: “O məlumat həqiqətə uyğun deyil”

“Turan” Agentliyinin xəbərinə görə, məhkəmədə Anar Məmmədovun hüquqlarını təmsil edən vəkil Nihad Axundov isə onlara bunlarıdeyib:

"O məlumat həqiqətə uyğun deyil. Gələcəkdə lazım olsa, bununla bağlı ərizə verilib, sübut olunacaq. Facebook səhifəsində məlumatı yayan Mehman Hüseynov adlı şəxs idi, şəkildə də bizim tanıdığımız bloger Mehman Hüseynov olub. Ona görə də Mehman Hüseynov məhkəməyə verilmişdi".

Onun sözlərinə görə, məhkəmə belə nəticəyə gəlib ki, saxta profildən istifadə olunub və həmin profil da, orada gedən yazı da artıq silinib:

"Biz qətnaməni bütöv şəkildə aldıqdan sonra apellyasiya qaydasında münasibət bildirəcəyimizi qərarlaşdıracağıq".

Xatırlatma

Bloqer Mehman Hüseynov bundan əvvəl, 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.

O, iki il sonra azadlığa çıxıb.

Ziya Məmmədov isə 2002-ci ildən 2017-ci ilə qədər Azərbaycanda nəqliyyat naziri işləyib.

Onun oğlu ilə bağlı bundan əvvəl də bəzi media orqanları ilə məhkəmə çəkişmələri olub.

XS
SM
MD
LG