Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:06

Navalnının anası deyir ki, oğlunun meyitini ona göstəriblər və...hədələyiblər


Aleksey Navalnının anası Lyudmila Navalnaya
Aleksey Navalnının anası Lyudmila Navalnaya

Rusiyada müxalif siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya video müraciətində bildirib ki, oğlunun meyitini ona göstəriblər.

O habelə bildirir ki, hakimiyyət fevralın 16-da koloniyada ölmüş oğlunu məxfi dəfn etmək istəyir.

Navalnaya bunu da qeyd edir ki, Salexardda bütün sutkanı İstintaq Komitəsinin idarəsində müstəntiq və kriminalistlərlə birlikdə keçirib:

"Dünən onlar məni gizli şəkildə morqa gətirdilər və Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölüm səbəbini bilirlər. Bütün tibbi və hüquqi sənədlər hazırdır. Mənə göstərdilər. Mən tibb şəhadətnaməsini imzaladım”.

“Gözümün içinə düz bax!”

Lyudmila Navalnaya deyir ki, qanuna görə Navalnının meyitini ona dərhal verməliydilər, amma indiyədək bunu etməyiblər:

"Bunun əvəzində onlar məni hədələyir, Alekseyin harda, nə vaxt və necə dəfn olunması barədə mənə şərt qoyurlar. Bu qanunsuzdur. Elə mənim yanımda onlara əmrlər gəlirdi. Nə bilim bəlkə də Kremldən, ya İstintaq Komitəsindən. Onlar istəyirlər ki, dəfn gizli olsun. Heç bir vidalaşma keçirilməsin. Onlar məni qəbirstanlığın kənarına gətirib “bax oğlun burda basdırılıb” demək istəyirlər. Mən buna razı deyiləm”.

Müxalifətçinin anası deyib ki, oğlunun dəfninin açıq keçirilməsini, onu dəstəkləyənlərin gəlib vidalaşa bilməsini istəyir:

"Mən bu vieonu ona görə yazıram ki, onlar məni hədələməyə başlayıblar. Deyirlər ki, “gözümün içinə düz bax”. Deyirlər ki, əgər gizli dəfnə razı olmasam, oğlumun cənazəsinə nə isə edəcəklər. Müstənqtiq Varopayev mənə açıq dedi: “Vaxt sizə işləmir, meyit çürüyür”. Mən xüsusi bir imtiyaz istəmirəm. İstəyirəm ki, hər şey qanunla olsun. Oğlumun meyitinin dərhal mənə verilməsini tələb edirəm”.

Meyiti kremasiya edə bilərlər

Öz növbəsində Navalnının mətbuat katibi Kira Yarmış deyib ki, tibb arayışında siyasətçinin təbii səbəblərdən vəfat etdiyi yazılıb.

Bundan əvvəl AzadlıqRadiosuna müsahibəsində həkim-reanimatoloq Aleksandr Propan demişdi ki, Navalnını yaxınlarının icazəsi olmadan kremasiya edə bilərlər.

Aleksey Navalnının meyitinin harada olması onun ölümündən bəri bilinmirdi.

Anası Lyudmila Navalnayaya meyiti bir həftədən sonra göstəriblər.

Ona deyiblər ki, meyiti iki həftə ərzində verə bilməyəcəklər, çünki guya kimyəvi ekspertiza keçirilir.

Lyudmila Navalnaya bu səbəbdən Salexard məhkəməsinə şikayət verib.

Bu şikayətə martın 4-də qapalı iclasda baxılacağı bildirilib.

XS
SM
MD
LG