Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:23

Aptekçi reseptdəki dərmanların üstündən bir-bir xətt çəkirdi...


Bakıda aptek. 30noy2016
Bakıda aptek. 30noy2016

- Yoxdur, bu da yoxdur...

Aptek satıcısı ona uzadılmış reseptdəki dərmanların üstündən bir-bir xətt çəkir.

Dərman almaq istəyən ortayaşlı kişi “Daha nə oldu, heç nə qalmadı ki!..” deyərək, narazı-narazı çıxıb gedir.

İndi Bakıdakı çox aptekdə bənzər durumla rastlaşırsan. Satıcılar dərman qıtlığını firmaların onlara dərman verməkdən imtinasına bağlayırlar. Manatın ABŞ dollarına nisbətdə dəyərsizləşməsi başlıca səbəb göstərilir.

Buna da bax:​ Dərmanların qiymətində müəmmalar

Aptekdə dərmanlar. 30noy2016
Aptekdə dərmanlar. 30noy2016

“Qiymət bahalaşandan bəri problem yoluna qoyulur”

Ancaq paytaxt Bakının mərkəzindəki apteklərindən birinin satıcı Kifayət Məmmədova problemin noyabrın 30-dan başlayaraq çözüldüyünü bildirir. Buna səbəb iki gün öncə dərman qiymətlərinin bahalaşmasıdır. Yeni qiymətlərə satılandan bəri vəziyyət düzəlməkdə, dava-dərman tapılmaqdadır:

Kifayət Məmmədova: 'Xəstələr narazı qalmasın deyə, biz də olmayanların əvəzedicilərini satırıq'
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

"Dərman qıtlığı təzə qiymətlərə görəydi. Xəstələr narazı qalmasın deyə, biz də olmayanların əvəzedicilərini satırdıq. Artıq qıtlıq aradan qaldırılır. Təzə qiymətlər qoyulur".

Buna da bax:​ Tarif Şurası dərmanların da qiymətini artırıb

Dərman qiymətlərinin tənzimlənməsi, manatın ucuzlaşması fonunda Bakıdakı apteklərdə dərman qıtlığı təzə xəbər olmasa da, alıcılar son günlər ən adi dərmanları tapa bilmədiklərindən gileylənirlər:

Aptekdə dərmanlar. 30noy2016
Aptekdə dərmanlar. 30noy2016

- Yox, ala bilmədim, deyirlər ki, yoxdur.
- Dərmanlar bahalaşdığından, təzə qiymət qoyurlar, ona görə dərman tapılmır.
- İndi dərman almaq da müşkülə dönüb.
- Deyir, yoxdur. Adi dərmandır, neçə aptekdən soruşdumsa, “satılmır” dedilər.

Buna da bax:​ Qiyməti tənzimlənməyən dərmanların satışına qadağa

Adamlar: 'Dərmanlar bahalaşdığından, təzə qiymət qoyurlar, ona görə dərman tapılmır'
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

“Adi dərmanlar da yoxa çıxıb”

Səhiyyə bilicisi, tibb elmləri doktoru Adil Qeybulla da dərman qıtlığının qiymətlərin dəyişməsindən, milli valyutanın zəifləməsindən qaynaqlandığını söyləyir:

Adil Qeybulla: 'Son vaxtlar adi dərmanlar, bəzi antibiotiklər də yoxa çıxıb...'
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

"Son vaxtlar adi dərmanlar, bəzi antibiotiklər də yoxa çıxıb. Siyahı böyükdür. Yazdığımız dərmanlarla bağlı xəstələr apteklərdə tapa bilmədiklərindən şikayətlənirlər. Biz hər gün bununla rastlaşırıq. Özü də bu problem getdikcə dərinləşir. Səbəb də budur ki, manat ucuzlaşdıqca sahibkara da dərman gətirmək sərfəli olmur. Çünki onun oradakı qazancı da elə böyük deyil. Bir tərəfdən Tarif Şurasının müdaxiləsi, digər tərəfdən manatın devalvasiyası sahibkarları zərərə uğradır. Ola bilsin, bəzi dərmanları, hələlik, anbarlarda saxlayırlar, ya da yeni partiyaları gətirməkdə maraqlı deyillər... Bəlli bir sabitlik gözləyirlər".

Buna da bax:​ «Dövlətin büdcəni xəstə vətəndaşın hesabına doldurması...»

Dərmanların apteklərə firmalardan verilmədiyi barədə deyilənlər də təzə xəbər deyil. AzadlıqRadiosu Bakıdakı 10-dək dərman firması ilə əlaqə saxlasa da, heç birindən dəqiq cavab almaq mümkün olmadı. Bəzilərində problemin dolların bahalaşması ilə bağlı olduğunu və son iki gündə qiymətlər qalxandan sonra artıq dərman qıtlığına son verildiyini deyirlər.

Aptekdə dərmanlar. 30noy2016
Aptekdə dərmanlar. 30noy2016

Tarif Şurasının qərarında deyilir ki...

Məsələni Səhiyyə Nazirliyindən dəqiqləşdirmək cəhdləri fayda vermədi. Nazirlikdən telefon zənglərini cavablandıran tapılmadı.

Daha öncə baş nazirin və eyni zamanda hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov dərman qıtlığının texniki problem olduğunu söyləmişdi.

Buna da bax:​ Dərman satışında dövlətin diktəsi

Tarif Şurası noyabrın 28-də verdiyi qərarla dərmanları ilin əvvəli ilə müqayisədə 15-20 faiz bahalaşdırıb. Şuranın qərarında deyilir ki, dərmanların qiyməti manatın indiki məzənnəsinə uyğunlaşdırılır.

XS
SM
MD
LG