ABŞ alimləri müəyyənləşdiriblər ki, Aralıq dənizi tərzində qidalanan yaşlı insanların beyni daha sağlam, beyin xəstəlikləri riski isə daha az olur.
Minnesotadakı "Mayo" klinikasının Alshaymer xəstəliyi tədqiqat mərkəzindən tədqiqatçı Rosebud Roberts-in sözlərinə görə, sağlam diyeta və spesifik qida komponentləri beyin patologiyasının biomarkerlərinə (ölçülə bilən göstəricilərinə) təsir edir.
Buna da bax: 2014-cildə Google-da ən çox axtarılan SÖZLƏR
Bu diyetaya nələr daxildir?
Aralıq dənizi diyetasına balıq, yağsız ət, paxlalılar, meyvə-tərəvəz və sağlam yağlar daxildir. Bu diyetanın ürək və sümük sağlığına yaxşı təsir göstərdiyi düşünülür.
Roberts və həmkarları "Mayo" klinikasında yaşlanmaya dair araşdırma çərçivəsində 672 iştirakçıdan toplanan məlumatı təhlil ediblər. İştirakçıların heç biri demensiyadan (ağıl, qavrama və yaddaş zəifliyindən), yaxud ölümcül xəstəlikdən əziyyət çəkməyib və qocalar evində yaşamayıb. Yaşları 70-89 arasında olan iştirakçıların məlumatları 2004-cü ildə əldə edilmişdi.
Buna da bax: Arıqlamaq pəhrizinin pozulması üçün 5 qayda
İştirakçıların qidalanma tərzi barədə də məlumat alınıb. Onlar yaddaş, icraçı fəaliyyət, dil, vizual-məkan bacarıqları, eləcə də qavrayış pozuntularına görə yoxlamadan keçiriliblər. Tədqiqatçılar bir neçə nahiyədə iştirakçıların beyin qabığının qalınlığını da ölçüblər.
Alimlər müəyyənləşdiriblər ki…
Daha çox Aralıq dənizi diyetasına üstünlük verən yaşlı insanların beyin qabığı beynin bütün bölümlərində daha qalın olub. Bu tədqiqatın nəticələrini "Alzheimer's and Dementia" adlanan elmi jurnalda dərc edən alimlər bildiriblər ki, daha çox paxlalı bitki və balığın qida rasionuna daxil edilməsi daha qalın beyin qabığı ilə assosiasiya olunur.
Buna da bax: Günel Mövlud. Gombul kişilər
Alshaymer xəstələrində məhz korteksin (beyin qabığı) nazilməsi gözə çarpır.
Kolumbiya Universitetinin Tibb Mərkəzindən epidemioloq Yian Gu isə "Reuters"ə deyib ki, bu araşdırma Aralıq dənizi diyetasının beynin daha az atrofiya olunmasına təsir edib-etmədiyini ortaya qoya bilməyib.
Başqa bir araşdırmada məlum olub ki…
Buna da bax: Rusiyalı siyasətçidən pəhriz məsləhəti
Gu və həmkarları başqa bir tədqiqatda Aralıq dənizi diyetası ilə beynin həcmi və ümumi beyin maddəsi arasında əlaqəni aşkar edə biliblər.
Ancaq Gu-nun sözlərinə görə, "bunlar müşahidə araşdırmalarıdır, kliniki sınaqlar deyil, ona görə səbəb-nəticə əlaqəsi müəyyən edilməyib. Xəstəliyin qarşısını alan, yaxud onu ertələyəcək həyat tərzi amillərini tapmaq vacibdir. Alimlər yaşlı adamlara Aralıq dənizi diyetasını məsləhət görə bilməsələr də, bu tərzdə qidalanmanın ziyanı yoxdur".
"Özəlliklə qidaya daha çox balıq, tərəvəz və paxlalılar daxil etməyin xeyri var. Sadə şəkər və karbohidratların qəbulu isə beyinə mənfi təsir göstərir", - Roberts belə deyib.
Buna da bax: Diabet - dünyaya “meydan oxuyan” xəstəlik
Güclü dəlillər
Aralıq dənizi diyetası və onun ehtiva etdiyi faydalı yağların ürək xəstəlikləri, şəkərli diabet və hətta süd vəzi xərçəngi riskini azaltdığı barədə güclü dəlillər də mövcuddur.
Aralıq dənizi tərzində qidalanan insanlar yedikləri bitki və balıq tərkibli qidaların içində kifayət qədər çox yağ qəbul edirlər. Ancaq bu yağlar faydalı yağlardır və qan damarlarının divarlarında yığılaraq ürək-damar xəstəliklərinə, yüksək qan təzyiqi və diabetə yol açmır. Qoz-fındıq, meyvə, tərəvəz, tam dənlər və dəniz məhsullarının tərkibindəki doymamış yağların xərçəng riskini azaltdığı bildirilir. Bura təmiz sızma zeytun yağı, az miqdarda şərab və ağartıni da əlavə etsək, qarşımızda çox dadlı və sağlam qidalanma tərzini görürük.
Buna da bax: İşdə qoz-fındıq yeyən daha çox yaşayır
Sınaqlara üstünlük
"Minneapolis VA" tibb mərkəzindən doktor Hanna Bloomfield həmkarları ilə birlikdə Aralıq dənizi diyetasının sağlamlığa təsiri ilə bağlı 53 tədqiqatın nəticələrini təhlil edib. Alimlər, əsasən, daha güclü mənbə sayılan klinik sınaqlara üstünlük veriblər. Klinik sınaqlar zamanı iştirakçılara Aralıq dənizi diyetası təyin edilir və zaman keçdikcə onların sağlamlıqla bağlı göstəriciləri qeydə alınır.
Məlum olub ki…
Buna da bax: Prezidentin yağlı yeməklərlə bağlı dediklərinə TV-lərin reaksiyası
Təhlil nəticəsində məlum olub ki, Aralıq dənizi tərzində qidalanan insanların ürək xəstəliklərinə tutulmaq riski 29% azdır. Bundan başqa onların süd vəzi xərçənginə tutulmaq riskinin digər insanlara nisbətən 57%, şəkərli diabet riskininsə 30% daha az olduğu üzə çıxıb.
Amerika Ürək Assosiasiyası və Amerika Xərçəng Cəmiyyəti də Aralıq dənizi diyetasının və faydalı yağların yararını qeyd edir. Ancaq onların hər ikisi bildirir ki, bu qidalanma tərzinin ürək xəstəlikləri və xərçəng riskini ciddi şəkildə azaltdığını iddia etmək üçün daha çox tədqiqata ehtiyac var.
Sağlam yağların optimal miqdarı
Buna da bax: Böyük Pəhrizdə seks
Hələ daha çox araşdırmaya ehtiyac olduğu deyilsə də, həkimlər Aralıq dənizi tərzində qidalanmağın ziyanlı olmadığını bildirirlər.
On illər boyunca populyar təbabətdə insanların öz qidalarında daha az yağdan istifadə etməli olduğu fikri aparıcı idi. Bloomfield-sə sağlam, doymamış yağların azaldılmasına ehtiyac olmadığı fikrini irəli sürür. Çox güman, alimlər gələcəkdə qəbul edilməli olan sağlam yağların optimal miqdarını müəyyənləşdirə biləcəklər.
Buna da bax: