Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

Təhlükəsizlik Şurasının katibi kommunikasiyaların açılmasından danışıb (Video)


Qarabağ danışıqları: Moskva Brüssel razılaşmalarını poza bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Qarabağ danışıqları: Moskva Brüssel razılaşmalarını poza bilərmi?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı suallara cavab verib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə danışıqlarından sonra mayın 22-də verilmiş bəyanatında deyilirdi ki, tərəflər Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi və Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə kommunikasiyaların açılmasına dair razılaşma əldə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qriqoryan “Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə” ifadəsini izah edib:

“Söhbət ondan gedir ki, məsələn Ermənistan vətəndaşları və yükləri Yerasxdan Meğriyə və ya əksinə çatmaq üçün Naxçıvan Muxtar Vilayətinin ərazisindən keçəcəklər. Eyni prinsiplər üzrə Azərbaycan vətəndaşları və yükləri də Horadizdən Naxçıvana Ermənistan ərazisi ilə keçəcəklər”.

Ermənistanın bir hissəsindən başqa hissəsinə...

Azatutyunun yazdığına görə jurnalistlər maraqlanıblar ki, Ermənistanın bir hissəsindən başqa hissəsinə keçilməsi üçün niyə Naxçıvan ərazisindən istifadə olunmalıdır?

Armen Qriqoryan bunu belə izah edib ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən dəmir yolu Naxçıvandan keçir.

Qriqoryan deyib:

“Müzakirə olunan mövzu regionda bütün kommunikasiyaların açılmasıdır. Buna görə də bu açılmanın prinsipləri məsələsi həll olunmalıdır. Müzakirələr bu məntiqlə gedir”.

Armen Qriqoryan xatırladıb ki, habelə Ermənistan Respublikasının Naxçıvan ərazisi ilə İrana və Azərbaycanın şərq regionları vasitəsilə Rusiyaya çıxışı müzakirə olunur.

Ermənistanda istefa tələbi ilə etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Azərbaycan prezidenti dəhlizlə bağlı razılaşma olduğunu deyib

Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Prezidenti Recep Tayyip Erdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüş barədə məlumat verib.

Bildirildiyinə görə, prezident Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub:

“Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.”

Vurğulandığına görə, “İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib”.

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

"Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir", - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də həmin görüşdən sonra vurğulamışdı.

Bunun ardınca mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Bununla parallel öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması barədə fərman verib.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG