Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) yeni rəhbər təyin edib.
Ölkə başçısının aprelin 27-də imzaladığı sərəncama əsasən, Ülvi Mehdiyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) yeni sədri təyin olunub.
1985-ci ildə doğumlu Ülvi Mehdiyev bundan əvvəlki sədrin müavini olub.
ASAN Xidmətin kemiş rəhbəri İnam Kərimov isə bir həftə əvvəl kənd təsərrüfatı naziri təyin edilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildə yaradılıb.