Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:52

Aslan İsmayılov: 'Məni burada zorakılıqla tutub saxlamısız'


A.İsmayılov
A.İsmayılov

Əmlak Məsələləri Dövlət Komitəsi hüquqşünas Aslan İsmayılovdan 130 manat tələb edir. İddia olunur ki, A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində səs-küy salıb qapını çırpanda, divarın suvağı tökülüb və bununla da 130 manatlıq maddi ziyan vurub.

Komitə A.İsmayılovun CM-nin 221.1 (xuliqanlıq) maddəsiylə təqsirləndirildiyi cinayət işi üzrə məhkəmədə ayrıca tərəfdir.

Avqustun 27-də Binəqədi Rayon Məhkəməsində bu cinayət işinə baxılanda A.İsmayılov yenə etiraz edib. Deyib ki, hadisənin bu məhkəmədə baş verdiyi iddia olunur, şahidlərin əksəriyyəti buranın hakimi, əməkdaşlarıdır.

«Ağa qara deyirsiz?»

Hüquqşünas həm də dövlət ittihamını müdafiə edən prokurora etirazını bildirib: «Binəqədi rayonunun prokuroru Nazim İmanov Baş prokuror Zakir Qaralovun sifarişi ilə haqqımdakı 400-səhifəlik bu saxta cinayət işini düzüb-qoşub».

Hakim Mirheydər Zeynalov etirazların heç birini təmin etməyib. Bildirib ki, prokurora etiraz əsaslandırılmayıb, işə Binəqədi Rayon Məhkəməsində baxılması barədə də Bakı Apellyasiya Məhkəməsinin qərarı var.

A.İsmayılov bildirib ki, qanun bu işə Binəqədidə baxılmasına yol vermir. O da qanunun pozulmasına etiraz olaraq, məhkəmədə iştirak etmək istəmir. Hüquqşünas zaldan çıxmaq istəyəndə icra məmurları onun qarşısını kəsib. A.İsmayılov bildirib ki, əgər onu zorla məhkəmə zalında saxlasalar belə, ifadə verməyəcək, sualları cavablandırmayacaq: «Vəzifə o qədər şirindir ki, ağa qara deyirsiz? Mən keçirdiyim stressi sizlərə və buna səbəb olan başqa kimsəyə bağışlamayacam. Özünüz, balalarınız bunun əvəzini bir gün mütləq verəcəksiz».

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, A.İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun köməkçisindən onun xeyrinə qərar verilmədiyini eşidəndən sonra xuliqanlıq edib – ucadan qışqırıb. Qapını çırpıb, sonra məhkəmənin həyətinə çıxıb, hakimi və məhkəmə sədrini çağırıb, onlar gəlməyəndə təhqiramiz ifadələr işlədib.

Hakimin «özünüzü təqsirli bilirsinizmi» sualına təqsirləndirilən hüquqşünas öncə cavab verməsə də, sonra bunları deyib: «Mənim sizə yazığım gəlir. Məni zorakılıqla burada saxlatdırmısız. Bu bir teatrdır, siz də iştirakçıları...».

«Gedin, Kərəm Həsənova deyin...»

Ardınca Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi İldırım Məmmədov 130 manatın ödənilməsini tələb edib: «Bina komitənin sərəncamındadır. Ekspertiza rəy verib ki, bu qədər ziyan dəyib. Bu pulu da ziyana görə günahkar kimdirsə, o ödəməlidir».

A.İsmayılov komitə nümayəndəsinə cavabında deyib ki, «ölkənin əmlaklarını dədə malı kimi satıb yeyənlər, milyonları oğurlayanlar» onu qanunsuzluqda ittiham edir: «Gedin, Kərəm Həsənova deyin, milyonları gətirib qaytarsın...».

Məhkəmə sentyabrın 3-də davam edəcək.

Bu cinayət işi ilə əlaqədar istintaq və məhkəmə dövrü üçün A.İsmayılov barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Son ayyarımda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünasa islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur.

A.İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir, sifarişlə məhkum edildiyini bildirir.

XS
SM
MD
LG