Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu


France -- Building of Parliamentary Assembly of the Council of Europe, Strasbourg, 16Mar2008
France -- Building of Parliamentary Assembly of the Council of Europe, Strasbourg, 16Mar2008

Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərvivəsində oktyabrın 11-də Azərbaycanla bağlı "Azərbaycanda demokratik təsisatların fəaliyyəti» adlı hesabat müzakirəyə çıxarılıb.

Azərbaycan nümayəndə heyyəti kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova prezidentin ölkə prokurorluğuna nəzarət etməsi ilə bağlı 3-cü bənddə etiraz edib: "Burda deyilir ki, ölkə prezidenti prokurorluğa nəzarət edir, bu qəribə bəyanatdır. Konstitusiyaya görə bu müstəqil orqandır və prezident, icra hakimiyyəti prokurorluğun fəlayətinə nəzarət eləmir, göstəriş vermir. Əksinə prokurorluq icra hakimiyyətinə nəzarət edir və prezident prokurorluğa göstəriş vermir",Qafarova deyib.

Amma Azərbaycan tərəfinin təklif etdiyi bu və ya digər düzəlişlərin heç biri qəbul olunmayıb və sonda hesabatla bağlı qətnamə qəbul edilib.

117 nəfər qətnamənin lehinə, 18 nəfərsə əleyhinə səs verib.

Hesabatı həmməruzəçilər Stefan Şennax və Sezar Florin Preda hazırlayıblar.

Bundan sonra AŞPA «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabatın müzakirəsinə başlanıb.

Hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

Səməd Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar:

"Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz", Seyidov bildirib.

Səməd Seyidov
Səməd Seyidov

Səməd Seyidov deyib ki, illərdir Azərbaycanda iislahatlar aparılır. Nəyə görə bu hesabatda heç bir islahat aparılmır yazılır?

"Ilqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamalardır". AŞPA-da bu hissənin də hesabatdan çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov isə bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirəcək. Amma böyük çoxluqla dəyişikliyin lehinə səs verilib.

Mitinqlərə gəldikdə isə Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, son illər ölkədə müxalifətin mitinqlərinə icazə verilir. Müxalifətin bu cür aksiyalarla bağlı bütün təklifləri hökumət tərəfindən müsbət cavablandırılıb. Müxalifət müəyyən edilmiş yerlərdə hökumət orqanlarının müdaxiləsi olmadan mitinqlər keçirir.

Stefan Şennax isə deyib ki, bəli, müxalifət sentyabrın 23-də represiya olmadan mitinq keçirdi. Amma biz deyə bilmərik ki, bu həmişə belə olur.

Florin Cezar Preda və Stefan Schennach
Florin Cezar Preda və Stefan Schennach

Sonda Komitə Azərbaycan tərəfinin verdiyi düzəlişə qarşı çıxıb.

Azərbaycanda vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin fəaliyyətinə gəldikdə isə almaniyalı deputat Frenk Şvabe deyib ki, biz Azərbaycanda bu sahələrin fəaliyyətinə sistematik məhdudiyyətlər qoyulduğunu qeyd edir və bunu olduğu kimi, öz adı ilə çağırmaq istərdik.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsa bu təklifi qəribə adlandırıb və qeyd edib ki, bəzi həkarlar baş verənləri şişirtmək istəyirlər.

Səsvermədə Azərbaycan tərəfinin etiraz etdiyi hesabatın bu hissəsi də qəbul olunub.

Sonda «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabat üzrə qətnamə 114 səslə qəbul edilib.

24 nəfər bunun əleyhinə səs verib, 14 nəfərsə bitərəf qalıb.

Qətnamədə, ölkədə Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığı, siyasi motivli həbslərin davam etdiyi və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı qeyd olunur. Bundan başqa ölkədə jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi fəalların təqib olunduqları vurğulanır.

Buna da bax: Anar Məmmədli: 'Deməzdim ki, AŞPA-nın hesabatları kəskin, barışmazdır'

XS
SM
MD
LG