Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

İndi Assad-ın da "koalisiyası var"


Suriya prezidenti İran televiziyasına deyib ki, Rusiya, Suriya, İran və İraqın apardıqları hərbi kampaniyanın uğuru Yaxın Şərqin dağılmaqdan xilasında həlledici rol oynayacaq

Suriya prezidenti Bashar al-Assad deyib ki, Rusiya, Suriya və onların müttəfiqlərinin apardıqları hərbi kampaniyanın uğuru Yaxın Şərqin dağılmaqdan xilasında həlledici rol oynayacaq.

Assad: Ya Rusiya, Suriya, İraq və İran arasında alyans uğur qazanacaq, ya da bütün region məhv olacaq

“Ya Rusiya, Suriya, İraq və İran arasında alyans uğur qazanacaq, ya da bütün region məhv olacaq” – deyib Suriya prezidenti İran televiziyasına.

Assad İranın “Xəbər TV” kanalına müsahibəsində deyib ki, İD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya onun ölkəsinə və regiona yalnız sabitsizlik gətirib.

Sentyabrın 30-da Rusiya hərbi təyyarələrinin Suriya üzərindəki missiyası başlanandan bəri, bu, Suriya prezidentinin ilk çıxşıdır.

Rusiya “intiharçı sexini” dağıtdığını deyir

Rusiya hərbiyyəsi bildirir ki, son 24 saat ərzində Suriya üzərində 10 uçuş reydi edərək İslam Dövləti adlanan təşkilatın mövqelərinə 10 zərbə endirib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, hava zərbələri terrorçuların düşərgəsini və intiharçı bomba jiletləri hazırlayan sexi dağıdıb.

Moskvada Assad-Putin alyansına dəstək aksiyası
Moskvada Assad-Putin alyansına dəstək aksiyası

Moskva bildirir ki, hava reydləri başlanandan “terrorçuların təchizat və kommunikasiya xətlərində bərpa edilməyəcək dağıntı” törədilib.

Rusiya təyyarələrinin İD adlanan təşkilatın “paytaxtı” Raqqaya və qərbdəki Məarat əl-Numaan və Cisr əl-Süğur şəhərlərinə zərbə endirdiyi xəbər verilib. Bu şəhərlərdə bir-biri ilə düşmənçilik edən qruplaşmalar səngərlənib.

Suriya müxalifəti Rusiyanın əsasən Assada qarşı döyüşən qrupları hədəflədiyini bildirir. Moskva bu iddiaları rədd edib.

Türkiyə çıxılmaz vəziyyətdə

Rusiya telekanalları çox sayda cihadçının hay-küyə düşərək Türkiyə sərhədinə doğru qaçdığını göstərən kadrları efirə verib. Səmadan çəkilmiş bəzi fotolarda Türkiyə sərhədi yaxınlığında cihadçı maşınlarından ibarət tıxacın yarandırığının göründüyü iddia olunur.

Bu arada təhlilçilər bildirirlər ki, Rusiyanın münaqişəyə müdaxiləsi ən acınacaqlı vəziyyəti Türkiyə üçün yaradıb.

Recep Tayyip Erdoğan Moskvanın "ölümcül səhvə" yol verdiyini bildirib
Recep Tayyip Erdoğan Moskvanın "ölümcül səhvə" yol verdiyini bildirib

Onlar deyirlər ki, ABŞ koalisiyasına son anadək qoşulmayan və əvvəllər İŞİD-i dəstəkləməkdə ittiham edilən Ankara çıxılmaz vəziyyətdədir.

Məhz buna görədir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyanın bombardman kampaniyasını “ölümcül səhv” adlandırıb.

O deyib ki, Rusiyanın Suriyada etdikləri Türkiyə üçün qəbuledilməzdir.

Prezident deyib ki, Rusiya bütün regionda “təcrid oluna bilər”.

Assad öz gələcəyindən də danışıb

ABŞ koalisyasının əsas üzvlərindən Britaniya bildirib ki, “Rusiya adəti üzrə Suriyada assimmetrik müharibə aparır”.

Xarici işlər naziri Philip Hammond deyib ki, Moskva İŞİD-lə mübarizə apardığını bildirsə də, antiassad qüvvələrini hədəfləyir.

Hammond habelə Rusiyanın Suriyada seçki keçirmək təklifini tənqid edib. O bildirib ki, Rusiya Suriyanın gələcəyində Assad-ın heç bir rol oynamayacağı barədə “aydın bəyanat” verməlidir.

Rusiya hələlik belə bir bəyanat verməyib. Əvəzində Assad sözü gedən müsahibədə deyib ki, Suriyanın gələcəyi onun xalqının iradəsi əsasında qurulacaq. O öz ölkəsinə qarşı terror davam etdikcə vəzifəsində qalacağını bildirib.

XS
SM
MD
LG