Britaniyanın Ali Məhkəməsi WikiLeaks saytının yaradıcısı Culian Assanjın ABŞ-a ekstradisiya qərarından apellyasiya şikayətinə baxılmasının mümkünlüyü məsələsini nəzərədən keçirir.
Əgər məhkəmə apellyasiya dinləməsindən imtina etsə, artıq bu qərardan Britaniyada şikayət vermək mümkün olmayacaq.
Assanj Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edə bilər, lakin tərəfdarları narahatdırlar ki, bunu etmək üçün sadəcə olaraq vaxt qalmayacaq.
ABŞ-da Assanja qarşı casusluq maddəsi üzrə 17 ittiham irəli sürülüb. Daha bir ittiham ABŞ-ın İraq və Əfqanıstandakı fəaliyyətinə dair məxfi materialların dərc edilməsi, yəni “kompüterdən qanunsuz istifadə” ilə bağlıdır.
175 il iş
ABŞ prokurorları iddia edirlər ki, Assanj keçmiş ABŞ hərbçisi Çelsi Menninqə hərbi materialların oğurlanmasında kömək edib. Sonradan bu sənədlər WikiLeaks saytında dərc olunub.
ABŞ-da Assanja qarşı irəli sürülmüş ittihamlarla ona 175 il iş kəsilə bilər.
Jurnalist ekstradisiyadan yayınmaq məqsədilə 7 il Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.
O sonrakı 5 ili həbsxanada keçirir. Assanjın vəkilləri iddia edirlər ki, onun ekstradisyası siyasi baxışlara görə cəzalandırma kimi qiymətləndirilməlidir və onun söz azadlığı hüququnu pozur.
Tərəfdarları onun sağlıq durumundan narahatdırlar
Assanj Avstraliya vətəndaşıdır və bu ölkə jurnalistə vətənə qaytıması üçün icazə verilməsinə çağırır.
Tərəfdarları və yaxınları Assanjın sağlıq durumundan narahatdırlar və deyirlər ki, o ekstradisiya edilərsə, ölə bilər.
2021-ci ildə dairə hakimi ABŞ-ın Assanjın ekstradisiyasına dair ricasını rədd etmişdi.
Hakim bildirirdi ki, o vaxt Assanjın intihar etməsi kimi bir təhlükə vardı.
2022-ci ildə ABŞ Assanjla humanist davranış vəd etdikdən sonra Britaniya Daxili İşlər Nazirliyi ekstradisiyaya icazə verib.