Bu fotoqalareyada İranla sərhəddə, Astaranın Ərçivan kəndində sadə insanların yaşayışı, qayğıları ilə tanış ola bilərsiz.
Ərçivan kəndi: Ləvəngi bazarı, kükürdlü bulaq, bahalı əzgil...

1
42 yaşlı Səfərov Tahir.
-14 ildir çayçı işləyirəm. O qədər də böyük deyil çayxanam. Cəmi 3 stolum var. Yay vaxtı çayxananın həyətinə 2-3 stol da qoya bilirəm. Yaxınlıqda 7-8 çayxananın olmasına baxmayaraq müştəri baxımından narazı deyiləm. Müştərilərim əsasən yaxınlıqda bazarda işləyən satıcılar olur. İran Astarasından fərqli olaraq bizdə çay stəkanla deyil, çaynikdə verilir.

2
40 yaşlı Elnur Axundov 10 ilə yaxındır ki, Astara bazarında qəssab işləyir. Gün ərzində bir iribuynuzlu və bəzən də iki qoyun kəsir.

3
İran Astarasında əzgil (200 xomeni) 1 AZN, Azərbaycan Astarasında isə 1.5 və 2 AZN civarında satılır. İran Astarasında meyvə - tərəvəz satanların çoxu özləri həyətlərdən aldığına görə bir az ucuz başa gəlir. Azərbaycan Astarasında isə bazar satıcılarına alverçilər gətirirlər.

4
50 yaşlı Mütəllim Həmidov Astarada "Ləvəngi" bazarı yaxınlığında pinəçiliklə məşğul olur. Dediyinə görə 10 yaşından bu sənətdədir.