Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:46

Cənub rayonlarında həyat əvvəlki axarına qayıdıb


Cənub bölgəsində qar.
Cənub bölgəsində qar.

Fevralın ikinci on günlüyündə yağan güclü qar cənub rayonlarında problemlər yaratdı.

Fevralın 14-də Lerik rayonunun əsas yollarında qar uçqunları baş verdi. Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətləri məhdudlaşdırıldı Zuvand- Lerik yolu qar uçqunu nəticəsində fevralın 17-də bağlandı. Yol yalnız fevralın 18-də açılıb.

Piran-Veri yolu isə üç gün bağlı qalıb. Sakinlərin təşəbbüsü ilə bu yolun bir hissəsi artıq təmizlənib.

Veri kənd sakini Azər Leriklinin deməsinə görə, yollar bağlanan vaxtı rayonun rəsmilərinə müraciət edib: «Qar yolu bir neçə yerdə bağlamışdı. Yolda hərəkət dayandı. Lənkərana getmək istəyirdim, gedə bilmədim. İndi də yolda təmizlənmə işləri gedir».

Rayonda elektrik enerjisinin verilməsində də fasilələr olub.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovun dediyinə görə, hazırda yollar qardan tam təmizlənib. Elektrik enerjisinin verilməsində də problem yoxdur.

ASTARADA QARIN GƏTİRDİYİ DƏRD-SƏR...

Qar Astara rayonunda da fəsadlar yaradıb.

Fevralın 17-də Lovayın kəndinin ərazisindən keçən 35 min kilovatlıq elektrik xəttində qəza baş verib. Əhalinin 80 faizi işıqsız qalıb.

Rayonun Ərçivan kənd sakini Vaqif Məmmədovun dediyinə görə, həmin vaxtları 12 kəndi birləşdirən Hamoşam yolu da bağlı olub: «İşıqların verilməsində də fasilələr yarandı. Qorxurduq ki, təbii qaz də kəsilər. Bizim kənd Bakı-Astara yolunun üstündədir. O yol təmizlənmirdi».

Astara Elektrik Şəbəkəsindən verilən məlumata görə, 35 min kilovatlıq Lovayın elektrik xəttinin üstünə aşan ağac kənarlaşdırılıb. Rayona elektrik enerjisinin verilməsi bərpa edilib.

XS
SM
MD
LG