Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:28

Astarada 80 inəyin ölməsinin səbəbi açıqlanıb


Mal-qara
Mal-qara

Astara rayonunda Şaban Məmmədova məxsus fermer təsərrüfatında bir gün ərzində 80 başa yaxın inəyin tələf olması ilə bağlı Lənkəran regional laboratoriyasından cavab alınıb.

Bu barədə Astara Dövlət Baytarlıq Xidmətinin rəis əvəzi Mübariz Axundov bildirib. Onun sözlərinə görə, laboratoriyanın rəyi onların verdikləri ilkin rəylə üst-üstə düşür: «Rəy belədir - ümumi zəhərlənmə baş verib. Bu o deməkdir ki, dərmanın dozası yüksək olub. Sahibkarın bu rəylə razı olub-olmaması burada rol oynamır. Üç ölmüş inəkdən nümunələr götürülüb, laboratoriyada yoxlanıb. Biz həmişə fermerlərə məsləhətlər veririk ki, baytarlıq xidmətindən elmi şəkildə istifadə etsinlər. Mən belə istəyirəm, elə də həyata keçirdirəm - belə olmaz. Nəticədə görün fermerə nə qədər ziyan dəydi».

Fermer: «Bəs nə üçün indiyədək zəhərlənmə olmayıb?»

Fermer Ş.Məmmədov isə verilən rəylə razılaşmır: «Şübhələrimiz var. Biz sual veririk ki, həmişə inəkləri bu qayda ilə dərmanlayırıq, bəs nə üçün indiyə qədər zəhərlənmə olmayıb? Mənim ziyanımı kim ödəyəcək? Dərmandan şübhələnirəm. Mal ölür, üstündə gənə isə ölmür. Ölmüş malın ətindən çaqqal yeyib ölüb. Bunlar hamısı araşdırılmalıdır...».

Fermer deyir ki, bununla bağlı polisə müraciət ediblər, araşdırma gedir.

Xatırlatma

Avqustun 20-də Astara rayonunun Suparibağ kənd ərazisində yerləşən heyvandarlıq fermasında 80 civarında inəyin zəhərlənərək tələf olması ilə bağlı məlumat yayılmışdı. Sahibkar Ş.Məmmədov inəklərin sığorta edilmədiyini açıqlamışdı.

«10 ildir ki, mal-qara saxlayıram. Həmişə eyni qayda ilə inəklərə xidmət edirik, onlar xəstələnəndə dərman veririk. Dərmanı da baytarlıq aptekindən alırıq. Bu dəfə gənəyə qarşı inəklər dərmanlanıb. Dərmanlayandan sonra inəklər bir gündə öldü...», - deyə o vurğulamışdı.

Ş.Məmmədov deyirdi ki, indi fermasında cəmi 35-ə qədər inəyi qalıb.

XS
SM
MD
LG