Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

AtaHolding 20 milyon ziyanda


Illüstrasiya
Illüstrasiya

►Beynəlxalq audit çirkəti «AtaHolding»in ötən il 21 milyon 674,5 min manat zərərə uğraması faktını təsdiqləyib

«PricewaterhouseCoopers Audit Azerbaijan» şirkəti iyunun 29-da «AtaHolding» şirkətlər qrupunda maliyyə hesabatlarının illik auditini başa çatdırıb.

Ötən il holdinqin 21 milyon 674,5 min manat zərərə uğraması faktı təsdiqlənib. Hesabata görə , prezident İlham Əliyevin övladlarının nəzarətində olan bu holdinqin zərərləri bütövlükdə 59,3 milyon manata çatıb.

Bank, sığorta, maliyyə lizinqi, otel, turizm, informasiya texnologiyaları xirmətləri göstərən, quş əti istehsal edən qrupun ilboyu gəliri 28,6 faiz artaraq 113,7 milyon manat olub. Holdinq üzvlərinin bəzisi mənfəətlə işləyib və toplam 5 milyon 361 min manat mənfəət vergisi ödəyib.

Xərclər nəzərə alınsaydı...

Əslində, təkcə gəlirin əldə olunmasına çəkilən xərclər nəzərə alınsaydı, «AtaHolding» 40 milyon manata yaxın mənfəət götürərdi. Holdinq öz pulunun bir hissəsini xarici valyutada saxladığından, 2015-ci ildə məzənnə fərqlərinə və s. əməliyyatlardan 17,8 milyon manat irəli düşüb, amma...

Amma hesabatda o da göstərilir ki, ötən il şirkətlər qrupu asılı müəssisələrdəki payı ucbatından valyutada «irəli düşdüyü» qədər də zərərə uğrayıb.

Bundan başqa, verilmiş kreditlər üzrə yaradılan təxminən 21,3 milyon manatlıq ehtiyat, 33,7 milyon manatlıq əməliyyat xərcləri və s. mənfəəti, dolayısıyla, ödəniləcək mənfəət vergisini də azaldıb.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

Zərərlər artsa da...

Zərərlər artsa da, qrupun aktivləri durmadan şişir və hazırda 634,5 milyon manatdır.

«AtaHolding» sonuncu dəfə 2013-cü ildə cüzi (97 min manat) mənfəət qazanıb, bir il sonra isə 2,2 milyon manat zərərə uğrayıb.

Sözügedən holdinq 2003-cü ildə qurulub. «Panama Papers» bu qrupu vergilər naziri Fazil Məmmədovun vergidən azad yerdə yaratdığı, ardındansa holdinqin Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin ailə üzvlərinin adına

keçirildiyi bildirilir. Nə F. Məmmədov, nə də prezident İ. Əliyev beynəlxalq mətbuata sızan bu ifşaedici məlumata münasibət bildiriblər.

Bu uldən MMC-yə çevrildi…

Hazırda qrupa «AtaBank», «AtaSığorta», «AtaLizinq» ASC-ləri, «AtaTurizm», «AtaTravel», «Şəmkir Quşçuluq» MMC-ləri, «Excelsior Hotel Baku» oteli, «AtaTexnologiya» və s. şirkətlər daxildir. «AtaHolding» həm də Monteneqroda otelçiliyə və bank sektoruna irihəcmli sərmayələr qoyan «Azerbaijan Global Investments» MMC-nin 3 ortağından biridir. Holdinq eyni zmanda «Bank VTB (Azərbaycan)» ASC səhmlərinin də yarısına nəzarət edir.

Qurulandan bəri açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən şirkətlər qrupu bu ildən təşkilati-hüquqi formasını məhdud məsuliyyətli cəmiyyətə dəyişib.

Buna da bax: İrkutskda yanğınsöndürən təyyarə itib

İrkutskda yanğınsöndürən təyyarə itib
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

XS
SM
MD
LG