Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 13:25

ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqlayıb


Namizədlərin seçki plakatları
Namizədlərin seçki plakatları

«Seçki kampaniyası ümumilikdə zəif hiss olunur. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının bir çox müsahibi bildirib ki, onlar seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər».

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə missiyasının martın 29-da açıqladığı aralıq hesabatında belə yazılıb.

Seçki komissiyaları ...

Sənəddə bir neçə müxalifət partiyasının prezident seçkilərində iştirak etmədiyi, seçkiləri boykot etdiyi vurğulanır.

Hesabatda bildirilir ki, seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Missiya görüşdüyü müsahiblərə istinadla bildirir ki, bunun seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra biləcəyi ilə bağlı fikir var.

«Seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır. Ölkədə 5.2 milyona yaxın qeydiyyata alınmış seçici var. Seçici siyahıları onlayn mövcuddur və həmçinin ictimai baxış üçün sərgilənib. Seçki rəsmiləri göstərilmiş səylər nəticəsində dəqiq seçici siyahılarının hazırlandığını DTİHB SMM-a bildiriblər. Ancaq digər müsahiblər qeydiyyata alınmış seçicilərin sayı ilə səsvermə yaşında olan vətəndaşların sayı arasında böyük ziddiyyət olduğunu qeyd ediblər», - sənəddə vurğulanır.

Seçkilərdə iştirak edirsiz? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Təhqir və böhtana görə cinayət məsuliyyəti qalır...

Hesabatda ifadə və informasiya azadlığına da yer verilib. Müəlliflər Azərbaycanda hələ də təhqir və böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu, həmin müddəaların 2016-cı ildən etibarən onlayn məzmuna da tətbiq olunduğunu qeyd ediblər.

Hesabatda vurğulanır ki, müşahidə missiyasının bəzi müsahibləri ənənəvi mətbuatın qərəzsiz və müstəqil olmadığını qeyd ediblər.

Hesabatda prezidentin irəli sürdüyü və 2016-cı ildə referendumla qəbul olunan Konstitusiya dəyişiklikləri də yada salınıb. Bildirilib ki, həmin dəyişikliklərlə prezidentlik müddəti beş ildən yeddi ilə qədər artırılıb. Prezidentə növbədənkənar prezident seçkisi təyin etmək və parlamenti buraxmaq hüququ verilib. Birinci vitse-prezident, vitse-prezident vəzifələri müəyyən olunub və prezidentliyə namizədlərdən ötrü minimum yaş həddi tələbi ləğv edilib.

Hesabat müəllifləri BMT İnsan Hüquqları Komitəsinin və Avropa Şurasının Venesiya Komissiyasının bu düzəlişlərdən narahatlıqlarını ifadə etdiklərini də yada salıb.

Bilirsiz, seçki sənədlərini saxtalaşdırana hansı cəza verilməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bir çox vebsaytlara Bakıda və regionlarda daxil olmaq mümkün deyil

Hesabatda medianın durumuna da yer verilib.

«Bütün ölkəni əhatə edən 11 televiziya kanalı Azərbaycanda siyasi məlumatların əsas mənbəyi olaraq qalmaqdadır. Ancaq çap mediasının dövriyyəsi azalmaqda davam edir. Ölkə əhalisinin təxminən 80 faizinin internetə çıxışı var. Müşahidə missiyasının bir çox müsahibi ənənəvi mətbuatın müstəqilliyinə, qərəzsizliyinə etibar etmədiklərini ifadə edərək, vebsayt və sosial medianın yeganə tənqidi məlumat mənbələri olduğunu bildiriblər. 2017-ci ilin mart ayından «İnformasiya, İnformasiya Təminatı və İnformasiyanın Qorunması haqqında» Qanuna edilmiş düzəlişlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə heç bir məhkəmə qərarı olmadan məzmunları səbəbindən mətbu nəşrlərin olduğu vebsaytları bloklamaq hüququ verib. Gündəlik aktual siyasi məlumatlar təqdim edən bir çox vebsaytlara Bakıda və regionlarda, ümumiyyətlə, daxil olmaq mümkün deyil», – aralıq hesabatda bildirilir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

XS
SM
MD
LG