Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:31

ATƏT Belarusda ‘seçki dələduzluğu’ iddialarını araşdıracaq


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusda keçirilmiş prezident seçkilərində insan haqlarının pozulması və dələduzluq iddialarının araşdırılması üçün təhqiqata başlayıb.

Sentyabrın 17-də təyin edilmiş ekspertlərdən ibarət komissiya öz təhqiqatının nəticələrini 6-8 həftə ərzində elan edəcək.

Komissiya Belarusda 9 avqust prezident seçkisindən əvvəl və sonra baş vermiş çoxsaylı insan haqları pozuntularına dair iddiaları araşdırmalıdır.

Bu seçkinin rəsmi nəticələrinə görə avtoritar lider Alyaksandr Lukaşenka dalbadal 6-cı dəfə prezident seçilib.

Seçkinin rəsmi nəticələri açıqlanandan bəri Belarusda Lukaşenkanın hakimiyyəti əleyhinə etirazlar davam edir.

Müxalifət Lukaşenkanın seçki nəticələrini saxtalaşdırdığını bildirir.

15 Avropa İttifaqı ölkəsindən ibarət bu komissiyaya Birləşmiş Ştatlar və Kanada da qoşulub.

17 ATƏT üzvündən ibarət komissiya bildirib ki, Belarus bu qurumun müşahidəçilik missiyasından imtina edib.

Təşkilat bunu da bildirib ki, Lukaşenka hökuməti ATƏT-in hakimiyyət və müxalifət arasında dialoqa vasitəçilik etmək təklifini də qəbul etməyib.

XS
SM
MD
LG