►Hocson lider, Slutski autsayderdir
AÇ-2016 ərəfəsində “Daily Mail” qəzetinin əməkdaşları baş məşqçilərin maaşıyla bağlı araşdırma aparıb. İngilislərin apardığı təhqiqat bu ölkənin yığmasını çalışdıran Roy Hocsonun qitə birinciliyində iş başında olacaq mütəxəssislər arasında ən çox əməkhaqqı aldığını, siyahının sonuncu pilləsində isə Leonid Slutskinin qərarlaşdığını təsdiqləyib.
Maraq üçün məşqçilərin illik məvacibi (milyon funt sterlinq ilə) üzrə hazırlanan siyahını təqdim edirik.
(məşqçi - komanda - maaş)
1. Roy Hocson İngiltərə 3,500
2. Antonio Konte İtaliya 3,150
3. Fatih Terim Türkiyə 2,700
4. Yoahim Löv Almaniya 2,150
5. Visente Del Boske İspaniya 2,000
6. Didye Deşam Fransa 1,300
7. Marsel Koller Avstriya 1,150
8. Martin O’Nil İrlandiya 1,000
9. Fernando Santuş Portuqaliya 0, 962
10. Bernd Ştork Macarıstan 0,770
11. Vladimir Petkoviç İsveçrə 0,575
12. Mark Vilmots Belçika 0, 550
13. Lars Laqerbek İslandiya 0,346
14. Maykl O’Nil Şim.İrlandiya 0,250
15-16. Kris Koulmen Uels 0,200
15-16. Adam Navalka Polşa 0,200
17. Ante Çaçiç Xorvatiya 0,192
18. Pavel Vrba Çexiya 0,175
19-20. Erik Hamrin İsveç 0,154
19-20. Canni De Byazi Albaniya 0,154
21. Yan Kozak Slovakiya 0,138
22. Mixail Fomenko Ukrayna 0,104
23. Angel Yordanesku Rumıniya 0,092
24. Leonid Slutski Rusiya –
Qeyd: rusiyalı Slutski yığmadakı fəaliyyətinə görə maaş almır.
Yerli futbol qurumu eyni zamanda ÇSKA-nı çalışdıran məşqçiyə yalnız turnirə vəsiqə qazanılmasına və final mərhələsindəki nəticəyə görə bonus ödəyir.