Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanla bağlı yeni qərarı


Arxiv fotosu
Arxiv fotosu

Nazirlər Kabineti 10 iyun qərarında Azərbaycan hökumətini sözü gedən pozuntulara dair dərhal təhqiqata başlanmasına çağırır

Bugün iyunun 10-da Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan da daxil Avropa Şurasına üzv ölkələrin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməsinin vəziyyəti ilə bağlı yeni qərarını açıqlayıb.

Xəbər verilir ki, Azərbaycan üzrə iki qrupa aid işlərə baxılıb.

Bunlardan biri jurnalist Xədicə İsmayılovanın şikayəti ilə bağlı məsələ idi.

Bu işdə 2012-2014-cü illər arasında tanınmış təhqiqat jurnalistinin şəxsi həyatına müdaxilə, onun reputasiyasına xələl gətirilməsi, habelə ifadə azadlığının pozulmasına baxılırdı.

AİHM qərarında deyilirdi ki, Xədicə İsmayılova prezidentin qızlarının iddia olunan müxtəlif kommersiya fəaliyyəti ilə bağlı məqalələr çap etdirdikədən sonra onu şəxsi həyatının ictimailəşdiriləcəyi ilə hədələyən məktub alıb.

Qərarda deyilir ki, jurnalist şantajı rədd etdikdən sonra sözü gedən videomaterial internetə yerləşdirilib.

Həmin vaxt habelə Azərbaycanın iqtidar qəzetləri İsmayılovanı hökumətə qarşı qərəzdə ittiham edən yazılar dərc edirdilər.

Nazirlər Kabinetinin 10 iyun qərarında deyilir ki, bütün bunlarla jurnalistin İnsan Haqları Konvensiyasında nəzərdə tutulan hüquqları pozulub.

Bu da vurğulanır ki, Azərbaycan hakimiyyəti jurnalistin hüquqlarını müdafiə etməyib və bu hadisələrə dair cinayət təhqiqatı aparmayıb.

Nazirlər Kabineti 10 iyun qərarında Azərbaycan hökumətini sözü gedən pozuntulara dair dərhal təhqiqata başlanmasına çağırır.

Məhkumluq ləğv olunmalıdır

Azərbaycan üzrə baxılan ikinci məsələ İlqar Məmmədli və bir qrup insan haqları müdafiəçiləri və bir jurnalistlə bağlı idi.

Bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, NİDA fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və Respublika Alternativi Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərlinin adları çəkilir.

Sənəddə qeyd olunur ki, sözü gedən şəxslər barədə Konvensiyanın 5 və 18 maddələri pozulub.

Bildirilir ki, bu adamlardan hökumətin tənqidinə görə qisas alınması üçün qanunsuz mühakimələrdən istifadə olunub.

Nazirlər Komitəsinin qərarında deyilir ki, bu iş üzrə şikayətçilərin hamısının təzminatları ödənib, onların 9-dan 7-si barədə ittihama xitam verilib.

Bununla belə Nazirlər Komitəsi bu qrup üzrə bütün hökmlərin ləğv olunmasına çağırır və bildirir ki, bu tədirlərin indiyədək icra olunmamasına haqq qazandırıla bilməz.

Sənəddə deyilir ki, bu qrup üzrə 9 şikayətçinin məhkumluğu ləğv olunmalıdır.

XS
SM
MD
LG