Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:18

Azərbaycanlılar da Avropaya vizasız gedə biləcəkmi?


Avropa Birliyi, 28 üzv dövlət.
Avropa Birliyi, 28 üzv dövlət.

“Bizim müsəlman ölkəsi olmağımız prosesi əngəlləyir. Danışıqlar gedir, amma bu asan məsələ deyil”

Azərbaycanın qonşusu olan Gürcüstan vətəndaşları artıq Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər. Tbilisi Avropa Birliyi ilə münasibətlərini daha da yaxınlaşdırır, amma Bakı buna tələsmir. Müstəqil müşahidəçilər Azərbaycan hakimiyyətinin AB qarşısında öhdəliklərdən yayınmağa çalışdığını, daha çox ticarət, enerji sahəsində əməkdaşlığa üstünlük verdiyini söyləyir, rəsmilərsə “praqmatik” davrandıqlarını iddia edirlər.

Buna da bax:​ Gürcülər Avropaya vizasız gedə biləcək

“Azərbaycan bundan ötrü hələ xeyli çabalamalıdır”

Şəhla İsmayıl: 'Azərbaycansa belə gəlişmə üçün hələ xeyli müddət çabalamalıdır'
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

“Hazırda Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri arasında çox da əlverişli vəziyyətdə deyil, çünki hələ də assosiativ sazişə imza atmayıb”, - vətəndaş cəmiyyəti fəallarından sayılan Şəhla İsmayıl belə deyir və fikrini tamamlayır: “Gürcüstanla müqayisədə Azərbaycanın AB ilə münasibətlərində gerilik görürük. Son günlər Gürcüstanda Avropaya viza rejimi tam ləğv olundu. Azərbaycansa belə gəlişmə üçün hələ xeyli müddət çabalamalıdır. Bunun başlanğıc nöqtəsi - assosiativ sazişin imzalanmasıdır. Azərbaycandan fərqli olaraq, AB bu əməkdaşlıqda maraqlıdır”.

Yeri gəlmişkən, bu həftə Azərbaycanda səfərdə olan AB rəsmisi Tomas Mayr Hartinq də deyib ki: “Azərbaycan AB üçün vacib tərəfdaşdır və onunla yaxın gələcəkdə əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi səbirsizliklə gözləyirlər”. Bu haqda məlumat qurumun Bakı ofisinin saytında yerləşdirilib.

Buna da bax: Azərbaycanda 'visa' sözü olan saytlar niyə qapadılır?

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədli: “Proses qapalı gedir”

“Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq yönündə yenidən müzakirələrin başlanması təqdirəlayiq haldır. Ancaq tərəflər arasındakı müzakirələr şəffaf deyil, qapalı gedir”. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli belə deyir. O, AB rəsmilərinin Bakıya bu həftənin əvvəlində baş tutan səfəri barədə məlumat verilməməsini də bununla izah edir: “Biz bilirik ki, Azərbaycan bir neçə ay öncə AB-yə bir sənəd təqdim etmişdi. Bu sənəd Birliyin iştirakçısı olan bir sıra dövlətlər tərəfindən qəbul edilməmişdi. Təəssüflər olsun ki, Azərbaycan-AB arasındakı bu cür sənədlər, müzakirələr haqda geniş məlumat verilmir və biz də informasiya əldə edə bilmirik”.

Anar Məmmədli: 'Prosesin “qapalı getməsində” daha çox Azərbaycan hakimiyyəti maraqlıdır'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

Anar Məmmədlinin sözlərinə görə, prosesin “qapalı getməsində” daha çox Azərbaycan hakimiyyəti maraqlıdır. O, AB-nin Ukrayna, Moldova və Gürcüstanla bağlı müzakirələrdə şəffaf davrandığını, müzakirələrin bütün ictimaiyyətin gözü önündə baş verdiyini vurğulayır:

“Bu, taleyüklü, milli maraqlara cavab verən məsələ olduğundan, bütün siyasi partiyaların, vətəndaş cəmiyyətinin, KİV-lərin xəbəri olmalıdır. Bilməliyik ki, bizə təklif edilən nədir və eyni zamanda hakimiyyət nəyə razı, nədən narazıdır. Biz istərdik ki, hakimiyyət bu məsələdə siyasi iradə göstərsin və AB-nin irəli sürdüyü şərtlərdən geri çəkilməsin. Moldovaya, Ukraynaya, Gürcüstana bu təkliflər verilib və onlar bundan faydalanıblar. Azərbaycan hakimiyyətində belə stereotip formalaşıb ki, qaz-neft, tranzit ölkəsi kimi biz Avropa Birliyinə daha çox lazımıq. Bu yanaşma yanlışdır. Bizim də AB imkanlarından yararlanmaq istəyimiz var, istər təhsil, səhiyyə məsələlərində, istər vizaların sadələşdirilməsi məsələsində, istərsə ölkədə bir sıra infrastruktur layihələrin reallaşdırılmasında. Ona görə də proses şəffaf aparılmalıdır”.

Buna da bax:​ Avropa Birliyi rəsmiləri Bakıya əməkdaşlıq sənədi gətirirlər

Anar Məmmədli hakimiyyətin “qapalılığının” AB ilə əməkdaşlıqda siyasi iradənin çatışmazlığından qaynaqlandığını düşünür. Çünki iki tərəf arasında imzalanacaq sənəddən sonra rəsmi Bakı insan haqlarının qorunması, hüququn aliliyinin təminatı, korrupsiya ilə mübarizə yönündə öhdəliklərə imza atmış olacaq, “hakimiyyətsə bu cür öhdəliklər götürmək istəmir”.

Anar Məmmədli AB-nin öz şərtlərindən geri çəkiləcəyinə inanmır, buna görə də strateji əməkdaşlıq prosesinin hələ 2-3 il də uzanacağını güman edir. Bəs hakimiyyət nə deyir?

Rasim Musabəyov: “Onlar işğal edilmiş ərazilərin...”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Rasim Musabəyov Anar Məmmədlinin fikri ilə razılaşmır. O, danışıqların davam etdiyini, ancaq prosesin asan olmadığını bildirir.

Buna da bax:​ Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)

Rasim Musabəyov
Rasim Musabəyov

Deputat Gürcüstan və ya Moldova vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinə də toxunaraq deyir: “Moldovanların çoxunun rumın pasportu var, buna görə də çoxdandır asanlıqla Avropaya gedirdilər. Gürcüstansa balaca ölkədir, ordan Avropaya axın gözlənmir. Ukrayna ilə bağlı məsələsə uzanır. Azərbaycan da bu danışıqları aparır. Ancaq nəzər alaq ki, Azərbaycana Əfqanıstandan, İrandan gələnlər var, bizim müsəlman ölkəsi olmağımız prosesi əngəlləyir”.

Rasim Musabəyov Azərbaycanın AB ilə əməkdaşlıqda siyasi iradəsinin olmaması haqda fikrilərə belə cavab verir:

Rasim Musabəyov: 'Gürcüstan balaca ölkədir, ordan Avropaya axın gözlənmir'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

“Gedib Avropanın qarşısında başını əyib deyirsən ki, nə verirsən ver, sənin bütün tələblərinə hazıram və əlini açıb qarşısında durursan. Bu, bir münasibətdir. Ermənistan, Gürcüstan Avropadan 100 milyon avro almağın müqabilində hər şeyə imza atmağa hazırdır. Azərbaycanın Avropa Birliyi ilə münasibətləri isə yüksək səviyyədədir. Bizim itirdiyimiz də yetərincə çoxdur, ancaq qazancımız azdır. AB Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təminatı, ən azı, dilinə gətirməlidir. Onlar işğal edilmiş ərazilərin Azərbaycan torpaqları olmasını assosiativ sənədə əlavə etmək istəmədilər. Biz o sənədə imza atmaqla nə qazanırıq? Vizasız gediş-gəliş? Baxın Moldova, Ukrayna, Gürcüstan Rusiya tərəfindən hansı təzyiqlərlə üzləşdilər. Qazanclarıyla itirdiklərini müqayisə edəndə heç də böyük qazanc əldə etməyiblər. Ona görə də biz tələsik addım atmırıq. Dialoq praqmatik, ikitərəfli qaydada aparılır və ikitərəfli sazişlə tamamlanacaq”.

Buna da bax: Biz necə, Avropaya vizasız gediş-gəliş istəyirikmi?

Bu həftə Avropa Komissiyasında Qonşuluq və Birliyin Genişlənməsi ətrafında Danışıqlar üzrə Baş Direktor Kristian Danielson və Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə İcraçı Direktor Tomas Mayr Hartinq Azərbaycanda olublar. Onlar prezident İlham Əliyev, xarici işlər və təhsil nazirləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə AB-Azərbaycan münasibətlərini müzakirə ediblər.

“Bəlli deyil”

Həmin görüşə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının üzvü kimi qatılan Ziya Quliyev bu səfərdən geniş məlumat verilməməsini belə izah edir: “Azərbaycan və Avropa Birliyi arasında danışıqlar hökumətlərarası olduğundan, ictimaiyyətə detalları açıq deyil, yalnız razılaşdırılmış və təsdiqlənmiş sənədlərin açıqlanması mümkün olacaq”.

O, bununla belə, hər iki tərəfin danışıqlarda maraqlı olduğunu deyir və dərhal əlavə edir: “Halbuki Avropa Birliyi insan haqları və demokratikləşməni hansı səviyyədə prioritet edəcək, bu, bəlli deyil”.

Buna da bax:​ Gürcüstanda toy-bayramdır

Ziya Quliyevin sözlərinə görə, görüşə qatılanlar israrla vətəndaş cəmiyyətinin bu danışıq və ya məsləhətləşmədə tərəf kimi öz təklif və rəyləri ilə iştirak etmək niyyətində olduğunu, bunun Şərq Tərəfdaşlığı Proqramı konsepsiyasına uyğun gəldiyini bildiriblər: “Vətəndaş cəmiyyəti dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etməsə, aparılan islahatların açıqlığında və şəffaflığında ictimai nəzarət təmin olunmayacaq”.

O, Azərbaycan Milli Platformasının bu il üçün Fəaliyyət Planı hazırlayacağını və həm Avropa Birliyinə, həm də Azərbaycan hökumətinə təqdim edəcəyini bildirir.

XS
SM
MD
LG