Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:49

Avropa İttifaqı limanlarını Rusiyanın maye qazı üçün bağlamağı planlaşdırır


Rusiya maye qazını daşıyan tanker İtaliya sahillərində (Arxiv fotosu)
Rusiya maye qazını daşıyan tanker İtaliya sahillərində (Arxiv fotosu)

Avropa İttifaqı Rusiya maye qazının tranzit daşımalarını, malların Rusiyaya daşınması üçün Avropa limanlarından istifadəni qadağan etməyi və Aİ əməliyyatçılarının sanksiya pozuntularına görə məsuliyyətinin sərtləşdirilməsini müzakirə edir.

Reuters agentliyi ixtiyarında olan sənədə istinadla yazır ki, bunlar Ukraynaya müdaxiləsinə görə Moskvaya qarşı sanksiyaların 14-cü paketinə daxil edilə bilər.

Aİ səfirlərinin ötən həftə təqdim etdikləri təkliflərə görə bu paket maye qazın üçüncü ölkələrə daşınması zamanı Avropa limanlarından istifadənin qadağanı ilə Rusiyanın maye qaz gəlirlərinin məhdudlaşdırılmasını hədəfləyir.

Bu təkliflərdə həm də Rusiyanın müharibə səylərinə xidmət göstərən gəmilərin Avropa İttifaqı limanlarından istifadəsinin qadağanı nəzərdə tutulur.

Söhbət ilk növbədə Rusiyaya müdafiə və təhlükəsizlik sektorunda istifadə üçün daşınan mal və texnologiyaları daşıyan gəmilərdən gedir.

Təkliflərə görə Aİ operatorları sahibi olduqları qeyri-Avropa qurğu və qurumlarının sanksiya rejimini pozmasına görə məsuliyyət daşıyacaqlar.

Rusiyadan gələn qrantların qadağanı

Eyni zamanda Avropa İttifaqındakı siyasi partiyaların, analitik mərkəz və mediaların Rusiyadan iqtisadi mənfəət qəbul etməsi qadağan edilməlidir.

Bu istiqamətdə Voice of Europe, RIA Novosti, Izvestija və Rossiiskaja Gazeta mediaları sanksiya siyahısına əlavə olunacaqlar.

Aİ habelə Rusiyanın mülkiyyətində olan təyyarə və yük maşınlarına yük daşıyan reyslərin və yol nəqliyyatının qadağanını nəzərdən keçirir.

Avropa İttifaqı həm də Rusiyanın maliyyə mesajlaşması sistemindən Rusiyadan kənarda istifadə olunmaqla keçirilən tranşları qadağan edəcək.

Bu da izah edilir ki, qadağan Rusiyadan yanvarın 1-dək alınmış və mart-sentyabr aylarında cilalanmış almazlara şamil olunmur.

Olaf Şoltsun çağırışı

Bu arada Almaniya kansleri Olaf Şolts mayın 6-da Riqada Baltik ölkələri hökumət nümayəndələri ilə görüşündən sonra jurnalistlərə deyib ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin 90 faizindən Ukraynaya silahlar alınması üçün istifadə olunmalıdır:

"Razılığa gəlmək mühümdür ki, bu puldan təkcə Aİ-də deyil, bütün dünya boyunca silah alınması üçün istifadə edilsin”.

Mart ayında Aİ-nin xarici işlər komissarı Jozep Borrel Rusiyanın dondurulımuş aktivlərindən gələn gəlirin 90 faizinin Ukrayna üçün silahlar alınması məqsədilə Avropa İttifaqının müvafiq fonduna köçürülməsini təklif etmişdi.

Rusiyanın dondurulmuş aktivlərinin 70 faizi Belçikadakı qiymətli kağızlar depozitarisində saxlanır.

Bunlar Rusiya Mərkəzi Bankına aid 204.67 milyard dollarlıq vəsaitdən ibarətdir.

Şolts deyib ki, Almaniya və üç Baltik ölkəsi Avropada silah-sursat, habelə hava hücumundan müdafiə sistemləri istehsalının genişləndirilməsinə çalışırlar.

XS
SM
MD
LG