Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:56

Avropa İttifaqı jurnalistin qətlinə görə çıxarılmış edam hökmlərini pisləyir


Jamal Khashoggi
Jamal Khashoggi

Avropa İttifaqı dekabrın 24-də 2018-ci ildə İstanbulda öldürülmüş Səudiyyə jurnalisti Jamal Khashoggi-nin qətli ilə bağlı keçirilən məhkəmədə edam hökmlərinin çıxarılmasını pisləyib.

Dekabrın 23-də Səudiyyə Ərəbistanının prokurorluğu bildirmişdi ki, jurnalistin qətli ilə bağlı 5 nəfər ölüm cəzasına məhkum edilib.

Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano tərəfindən səsləndirilmiş bəyanatında deyilir ki, ittifaq “istisnasız olaraq və daim ölüm hökmlərinə yekdilliklə etiraz edir”.

Bəyanatda deyilir ki, insanların edam cəzasına məhkum edilməsi “cəzalandırmanın qəddar və qeyri-insani növüdür və insan ləyaqətinin yolverilməz şəkildə inkar edilməsidir”.

ABŞ kəşfiyyat orqanları jurnalistin qətlinin Səudiyyənin de facto başçısı, vəliəhd şahzadə Mohammed bin Salman tərəfindən əmr edildiyi barədə nəticəyə gəlib.

Səudiyyə Ərəbistanı Jamal Khashoggi-nin ölkənin özbaşına hərəkət edən təhlükəsizlik zabitləri tərəfindən öldürüldüyündə israr edir.

Avropa İttifaqı ölüm hökmlərini pisləməklə yanaşı, Səudiyyə Ərəbistanını jurnalistin qətlində əli olan hamının mühakimə edilməsinə çağırırb.

İttifaq bildirir ki, bu işin təhqiqatı şəffaf və ədalətli aparılmalıdır.

BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi Agnes Callamard dekabrıbn 23-də Səudiyyə məhkəməsinin hökmünü “təhqiqat, mühakimə və ədalət görüntüsü yaratmaq cəhdi” adlandırmışdı.

BMT-nin bəyanatında deyilirdi ki, Səudiyyə məhkəməsi “vəliəhd şahzadə də daxil bu qətlin sifarişçilərini və ya qətlə imkan yaradanları və göz yumanları” aşkara çıxarmayıb.

XS
SM
MD
LG