Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:14

Öz ölkəsi bu qadının Avropa prokuroru olmasını istəməsə də...


Laura Codruta Kovesi
Laura Codruta Kovesi

Rumıniya Antikorrupsiya İdarəsinin keçmiş başçısı Laura Codruta Kovesi Avropa İttifaqının ilk prokuroru olmaq üçün bu həftə Brüsseldə çətin sınaqla üzləşəcək.

Bugün, fevralın 26-da xanım Kovesi Avropa Parlamenti vətəndaş azadlıqları və büdcə nəzarəti komitələrinin birgə keçirdiyi 75 dəqiqəlik diinləmədə suallara cavab verəcək.

Onun iki əsas rəqibi – fransalı Jean-Francois Bohnert və almaniyalı Andres Ritter də dinləmədən keçəcəklər, amma bütün nəzərlər xanın Kovesiyə dikilib.

Hələ bir neçə həftə əvvəl o bu yarışda aşkar lider idi. Avropa Prokurorluğunun seçmə palatası onun adını lider kimi çəkən məktub da dərc edib.

Avropa İttifaqında Kovesinin Rumıniyadakı işindən çox razılıq edirlər. O son beş ildə Rumıniya Antikorrupsiya İdarəsinin başçısı kimi yüzlərlə rəsmi və siyasətçiyə qarşı yüksək səviyyədə ittihamlar irəli sürüb.

Məhz bu, Rumıniyada hakim Sosial-Demokrat Partiyasının qüdrətli lideri Liviu Dragnea kimi adamları qıcıqlandırıb. O 2016-cı ildə seçki saxtalaşdırmasında təqsirli bilinib və baş nazir olmasına qadağan qoyulub.

Hər hansı bir ölkənin Brüsseldə yüksək vəzifə tutmağa hazırlaşan vətəndaşına qarşı lobbiçilik etməsi nadir hadisədir. Avropa İttifaqının üzv ölkələri adətən öz namizədlərinin təsdiqi üçün müxtəlif vədlərə və vasitələrə əl atırlar.

Lakin Buxarest əlindən gələni edir ki, Kovesinin namizədliyi sıradan çıxsın. Rumıniya bu yaxınlarda onun özünə dair təhqiqata başlayıb. Bu araşdırma ilə yenicə yaradılmış qurum məşğuldur. Qurum xanım Kovesinin səlahiyyətlərini aşdığına və repressiyalara əl atdığına dair iddiaları təhqiq edir.

Öz ölkəsi polşalı Tuska qarşı idi

Buna bənzər hadisə polşalı Donald Tusk Avropa Şurasının prezidenti kimi təkrar seçiləndə də olmuşdu.

Onda Varşava Polşa vətəndaşının təkrar seçilməsinə qarşı lobbiçilik etsə də, yerdə qalan 27 ölkə Tuska dəstək vermiş və Polşa hökumətinə qarşı çıxmışdı. Varşava geri çəkilməyə məcbur olmuşdu.

Avropa İttifaqına üzv ölkələr Rumıniyada ədliyyənin vəziyyətindən narahat olsalar da, onlar daha çox Kovesinin ətrafında çıxarılan oyunlardan, bunun Avropa Prokurorluğunun işinə göstərə biləcəyi təsirdən nigarandırlar.

Məhz buna görə də Avropa İttifaqı səfirləri prokuror vəzifəsi üçün öz seçimlərini məxfi səsə qoymuşdular. Bu səsvermənin icbari gücü yox idi. Danimarka, Macarıstan, İrlandiya, İsveç və Birləşmiş Krallıq bu layihədən ümumiyyətlə kənara çəkilmişdilər. Yerdə qalan 22 ölkənin səfirləri birinci seçim olan namizədə 3, ikinci seçimə iki və üçüncü seçimə bir bal vermiş, daha sonra yekun nəticə çxıarmışdılar.

Beləliklə fransalı namizəd 50, Kovesi və almaniyalı namizəd 29 xal qazanmışdılar.

Fransanın səhnəarxası diplomatiyası

AzadlıqRadiosunun müxbiri mənbələrdən birinə istinadən qeyd edir ki, məsələ son dərəcə “siyasiləşmişdi”. Bir çoxları narahat idilər ki, belə bir şəraitdə əsas diqqət namizədin prokuror vəzifəsi üçün gərəkli keyfiyyətlərindən yayına bilər.

Digər tərəfdən Avropa İttifaqı ilk dəfədir ki, prokuror seçir və ümumilikdə təsisatın gələcəkdə necə işləyəcəyi də ilk prokurordan və onun işindən asılı olacaq.

Ən əhəmiyyətlisi isə budur ki, bu qurum ayrı-ayrı milli hökumətlərin tabeçilıiyindən azad fəaliyyət göstərəcək.

Məhz buna görə də illərdir Avropa İttifaqı pullarını mənimsədikləri deyilən hökumətlərin narahatlığı başadüşüləndir.

Məsələni qəlizləşdirən bir də bu idi ki, Fransa ilk prokuror vəzifəsinə öz namizədini keçirmək üçün səhnəarxası diplomatiya yürüdürdü. Bu, Kovesinin işini daha da ağırlaşdırıb.

Hələ şansları var

Buna baxmayaraq xanım Kovesinin hələ də prokuror olmaq üçün şansları avr. Yekun namizədi Şura və Avropa Parlamenti birlikdə müzakirə edəcəklər və bu iki qurumun nəzərində Kovesi ən yaxşı namizəddir. Fevralın 26-da keçirilən dinləmnə bu baxımdam həlledici ola bilər.

Dinləmədən sonra vətəndaş azadlıqları komitəsi məxfi və yekun səsvermə keçirəcək. Əgər Kovesi bu səvermədən birinci namizəd kimi çıxsa, mart ayı bütünlüklə Parlament və Şura arasında siyasi çəkişməyə həsr oluna bilər.

Bu iki qurumdan heç biri ilk həmlədən geri çəkilməyəcək və bağlı qapılar arxasında bir xeyli çarpışmalar olacaq.

Məhz belə məqamlarda namizəd üçün doğma ölkəsinin onun arxasında dayanması mühümdür. Xüsusən də Almaniya və Fransa kimi ölkələrin namizədlərinə rəqibsənsə.

XS
SM
MD
LG