Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Aİ-nin xarici işlər nazirləri Kiyevdə görüşür


 Jozep Borrel
Jozep Borrel

Oktyabrın 2-də Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya həmrəylik göstərisi məqsədilə Kiyevdə bir araya gəliblər. Bu arada Rusiya Ukraynanın cənubunda artilleriya zərbələri endirməkdədir.

"Burada, Ukraynada, bloka namizəd ölkə və gələcək üzvünün ərazisində Aİ xarici işlər nazirlərinin tarixi görüşü keçirilir. Biz Ukrayna xalqına həmrəylik və dəstəyimizi ifadə etməyə gəlmişik", – Aİ-nin baş diplomatı Jozep Borrel X platformasında yazıb.

Xerson atəşə tutulub

Ötən gecə isə Rusiya Ukraynanın cənubundakı Xerson şəhərinə təzə artilleriya zərbələri endirib, bir nəfər həlak olub, uşaqlar daxil olmaqla bir neçə nəfər yaralanıb, pravoslav kilsəsinə ziyan dəyib.

Xerson vilayətinin, eyniadlı mərkəzi daxil olmaqla, azad edilmiş hissəsi aylardır, demək olar, hər gün Dnepr çayının sol sahilində yerləşən Rusiya hərbçiləri tərəfindən atəşə tutulur.

Rusiya ötən gecə cənubi Dnepropetrovsk vilayətinə İran istehsalı dronlarla zərbələr endirib, onlardan dördü vurulub. Açıqlamanı Ukrayna ordusunun sözçüsü Nataliya Humenyuk ölkə televiziyasına verib.

Bu arada Ukrayna qüvvələri şərqi Donetsk vilayətində Baxmut və Melitopol şəhərləri səmtində hücumu davam etdirirlər.

"Bu, son söz olmayacaq"

ABŞ Prezidenti Co Bayden (Joe Biden) oktyabrın 1-də hökumətin bağlanmasını önləmək məqsədilə müvəqqəti büdcəni imzalayıb. Amma Ukraynaya yardım sənədə salınmayıb. Bayden Ukraynaya yardımın davam edəcəyini, Konqresin başqa bir qanun layihəsi ilə yardımı təsdiqləyəcəyini gözlədiyini vurğulayıb.

Borrel isə deyib ki, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini gözləyir.

"İnanırıq ki, bu, son söz olmayacaq... Birləşmiş Ştatlar Ukraynaya yardımı davam etdirəcək", – Borrel oktyabrın 1-də Kiyevə səfəri zamanı söyləyib.

O, Prezident Volodimir Zelenski, Müdafiə naziri Rustem Umerovla görüşlərdən sonra deyib ki, Aİ Ukrayna üçün uzunmüddətli təhlükəsizlik öhdəlikləri hazırlayır.

XS
SM
MD
LG